Pərakəndə seqment sahəsinə back-end üzrə proqramçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
Multifunksional komanda ilə birgə, biznes və texniki tələbləri təhlil etməklə, məhsulun arxitekturasını hazırlanmasında iştirak etmək;
Java17, Java EE(Spring) texnologiyalarından istifadə etməklə APİ contract və (Restful)APİ-lar və digər tərtiblər hazırlamaq;
Öz kodu üçün, unit, inteqrasiya testləri yazmaq;
Potensial problemləri müəyyənləşdirmək və həll etmək;
Digər proqramçıların kodlarına (Code Review)rəy vermək, onlara mentorluq etmək və inkşafına dəstək olmaq.
Bizim üçün uyğun namizəd:
Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma);
Java17+, Java EE, Spring framework (Spring Boot, Security, Data, Batch, Spring for Apache Kafka) istifadə edən korporativ həllərdə 3+ illik praktiki təcrübəyə;
Yüksək yüklülüklü, böyük həcimli verilənlər bazası ilə işləyən sistemlərin tərtibatında, minimum üç illik iş təcrübəsinə;
Mikroservis arxitekturası üzrə dərin biliklər və təcrübəyə;
SQL(Oracle, PostgreSQL) və NoSQL(MongoDB, Elasticsearch, Redis) verilənlər bazası üzrə biliklər və təcrübəyə;
Agile mühitdə, bankda iş təcrübəsinə (arzuolunandır);
Docker, CI/CD, Kubernetes biliklərinə (arzuolunandır);
GIT ilə işləmə bacarığına (arzuolunandır);
Event Driven Architecture üzrə nəzəri və praktik biliklərə (arzuolunandır);
Apache İgnite ilə işləmə bacarığına (arzuolunandır);
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18483
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+