Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - Balakən filialı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
İş yeri: Balakən filialı
Namizədə olan tələblər:
Satış sahəsində 1 il iş təcrübəsi;
İşdə düzgünlük və operativlik;
Komandada işləmək bacarığı;
Məsuliyyət və diqqətlilik;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən məhsullar (Kənd təsərrüfatı texnikaları )haqqında məlumatı müştərilərə çatdırmaq;
Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
Qeyd: şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq)
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatları: 09:00-18:00
Karyera inkişafı imkanları
Əmək haqqı: Gross 534.86 +bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Pərakəndə Lizinq Nümayəndəsi – Balakən” yazaraq qeyd olunan elektron poçt ünvanına və 050 273 04 92 whatsapp nömrəsinə
və ya https://careers.ram.az/?vacancy=2359&source=UC_HBS8ZI linki vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.
Necə Müraciət Etmək Olar
Prior Leasing
Finance
Prior Leasing Azərbaycanda lizinq xidmətləri göstərən şirkətdir. Şirkət 2014-cü ildə təsis olunub və rəsmi məlumata görə 2019-cu ildən aktiv fəaliyyətə başlayıb. Əsas istiqaməti müştərilərə operativ və rahat lizinq həlləri təqdim etmək, xüsusilə də sahibkarlar və yerli şirkətlər üçün texnika və avadanlıqların əldə edilməsini daha əlçatan etməkdir. Şirkət əsasən kənd təsərrüfatı texnikası və aqreqatları, suvarma sistemləri, soyuducu anbarlar, emal avadanlıqları, tikinti texnikası, eləcə də damazlıq iri və xırdabuynuzlu heyvanlar kimi məhsulları sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” yerli istehsalçılarla yanaşı Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrin istehsalçıları ilə əməkdaşlıq edərək geniş məhsul seçimi təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18288
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200