Ana Səhifə
Vakansiyalar

Part Time Mühasib

Part Time Mühasib

Bakı

Tam Ştat

Orta Səviyyə

400 - 600 AZN

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 24 yanvar 2026

Təsvir

İş haqqında məlumat : Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının (büdcə) hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların hərəkətinə və inventarizasiyasının aparılmasına nəzarət edir.
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor, kreditor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
Şirkət hesabına alınan malların alqı-satqı prosesləri zamanı müqavilələrin bağlanması, qaimələrin yoxlanılıb kompüter bazasına daxil olunmasına nəzarət edir.
Yeni əməkdaşların qeydiyyatının həyata keçirilməsi
Uçot sənədlərinin yoxlanılmasını, Əmək haqqının hesablanması və ödənilməsini, Bank əməliyyatlarının və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılmasını, Xəstəlik vərəqələrinin, məzuniyyət və işçilər işdən azad olduqda onlara kompensasiyanın hesablanmasını, ƏDV, Sadələşdirilmiş vergi, Muzdlu, ÖMV, Əmlak, Torpaq vergisi və Mənfəət vergisi bəyannamələrinin hazırlanması və vaxtında göndərilməsi, E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi, DSMF, statistika, Məşğulluq İdarələrinə hesabatlarının hazırlanması və təqdim edilməsini təmin edir;
Vergi orqanları ilə yazışmaların aparılmasını, Debitor və kreditorlarla hesablaşmaların aparılmasını, Aylıq və illik Büdcə, Mənfəət-zərər, həftəlik və aylıq plan-fakt cash-flow hesabatlarının hazırlanması təmin edir;
Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

Tələblər

Təhsil : Natamam ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 25 - 45
Cins : Qadın
təhsi̇l : Natamam ali
i̇ş təcrübəsi̇ : 3 ildən 5 ilə kimi
Ingilis dili bilən xanımlara üstünlük veriləcəkdir
Yalnız xanım namizədlərin cv-lərinə baxılacaqdır

i̇ş reji̇mi̇ : 6 günlük iş həftəsi
i̇ş vaxt : Razılaşma əsasında
İŞ SAATLARI MÜZAKİRƏ OLUNA BİLƏR
OFİS DAXİLİ İŞLƏR O QƏDƏR DƏ ÇOX DEYİLDİR
maaş : 400-500

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3458

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya