Onlayn satış üzrə məsləhətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 29 aprel 2026

Təsvir

  • Saytdan (kontakt.az) və daxili şöbələrdən daxil olan sifarişlərlə bağlı müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması, müvafiq qaydalara əsasən satışın və müraciətin tamamlanması;

  • Nağd və avtokredit sifarişlərinin birbaşa satışının həyata keçirilməsi və müştərilərə düzgün xidmət göstərilməsi;

  • Sistem üzrə satışların düzgün həyata keçirilməsi və icrasının dəqiq aparılması;

  • Sifariş və satış prosesi zamanı müştərinin tələbatının düzgün müəyyənləşdirilməsi və ona uyğun məhsul və xidmətin təklif edilməsi;

  • Müştəri məmnuniyyətinin təmin edilməsi və onlarla səmərəli, nəzakətli ünsiyyətin qurulması;

  • Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və müştəri məmnuniyyəti hədəflərinə çatmaq;

  • İlkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər haqqında müştərilərin düzgün məlumatlandırılması.

Tələblər

  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;

  • Məişət və rəqəmsal texnika məhsullarının satışında minimum 6 ay iş təcrübəsi;

  • Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı, müştəri ehtiyaclarını anlama və doğru məhsulu tövsiyə etmə qabiliyyəti;

  • Sürətli və dəqiq işləmək, çoxsaylı sifarişləri və müştəri sorğularını idarəetmə bacarığı;

  • Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə işləmə bacarığı;

  • Komanda daxilində işləmək və satış hədəflərinə fokuslanmaq qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki: Növbəli;

  • İş yeri: Hibrid;

  • Rəqabətqabiliyyətli əmək haqqı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13730

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya