Office Manager / Business & Consulting Support
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 yanvar 2026
Son Tarix: 13 fevral 2026
Təsvir
Şirkətimiz ofis proseslərinin səmərəli idarə olunmasına dəstək göstərməklə yanaşı, konsaltinq layihələrində komandaya inzibati və əməliyyat dəstəyi verəcək proaktiv və təşəbbüskar Office Manager axtarır. Bu vəzifə yalnız gündəlik ofis işlərini əhatə etmir – eyni zamanda namizəd idarəetmə və biznes konsaltinq layihələrinin icrasında yaxından iştirak edərək praktiki təcrübə qazanmaq imkanı əldə edəcək.
Siz idarəetmə komandasının tərkibində çalışaraq gündəlik ofis əməliyyatlarının koordinasiyası, sənədləşmə proseslərinin idarə edilməsi və təqdimatların hazırlanmasında iştirak edəcəksiniz. Bu rol xüsusilə biznes, maliyyə və menecment sahəsində inkişaf etmək, konsaltinq mühitində təcrübə qazanmaq istəyən namizədlər üçün yaxşı fürsətdir.
General Office Manager şirkətin daxili proseslərinin düzgün təşkili, operativ qərarların icrası və layihə komandalarına inzibati dəstəyin göstərilməsi ilə yanaşı, konsaltinq fəaliyyətinin ümumi effektivliyinə töhfə verəcək.
Vəzifə öhdəlikləri:
Ofis daxilində gündəlik əməliyyatların icrası (qaimə, müqavilə və digər sənədlərin hazırlanması və müştərilərə göndərilməsi)
Layihə çərçivəsində hazırlanan PowerPoint təqdimatlarının dizayn və məzmun baxımından redaktəsində dəstək olmaq
Recruiting prosesinin idarə edilməsində dəstək: yeni namizədlərin axtarışı, elanların hazırlanması və platformalarda paylaşılması
Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında və düzgün icrası
Ofis daxilində və müştərilərə göndəriləcək sənədlərin çap olunması, strukturlaşdırılması və düzgün formada hazırlanması
Ofis və layihə proseslərinin daha səmərəli təşkili ilə bağlı təkliflərin verilməsi
Namizəd üçün tələblər:
Bakalavr dərəcəsi (İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarəedilməsi və əlaqəli sahələr)
Azərbaycan dilində səlis yazı və danışıq, rus dili biliyi, ingilis dili üstünlükdür
MS Word, MS Excel, MS PowerPoint proqramlarında yüksək səviyyədə bacarıq – üstünlükdür
Güclü ünsiyyət və komandada işləmə bacarığı
Yüksək məsuliyyət, operativlik və işlərin planlı şəkildə idarə edilməsi
Multitasking və yeni tapşırıqlara tez adaptasiya olmaq bacarığı
Detallara diqqət və sənədlərlə işləmə qabiliyyəti
Ofis mühitində minimum 1 il iş təcrübəsi üstünlükdür
Namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına **“Office Manager / Business & Consulting Support”**başlığı ilə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
TWC Management Consulting
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4752
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə