Ana Səhifə
Vakansiyalar

Növbətçi (AGA Business Center)

Növbətçi (AGA Business Center)

Tam Ştat

Orta Səviyyə

450 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

AQA Şirkətlər Qrupu AGA Business Center üçün "Növbətçi" vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Buraxlış-nəzarət sisteminin həyata keçirilməsi

  • Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək;

  • Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;

  • Növbə sırasında gələn qonaqları qarşılamaq və yola salmaq;

  • Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək;

  • Hadisə və ya qayda pozuntusu baş verdiyi halda rəhbərliyə məlumat vermək.

Tələblər

  • Yaş həddi: 25-45;

  • Təhlükəsizlik sahəsində təcrübə arzuolunandır;

  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;

  • Ali təhsil arzuolunandır;

  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərini bilməsi arzuolunandır;

  • Hərbi xidmət keçmiş olması mütləqdir;

  • Fiziki sağlam;

  • Cins: Bəy namizəd

Əlavə qeyd:

Əmək haqqı - 450.00 AZN net + bonus

Ünvan: Xocalı pr. 55, AGA Business Center

Necə Müraciət Etmək Olar

AQA Şirkətlər Qrupu

AQA Şirkətlər Qrupu

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17574

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Texniki menecer

Tam Ştat

AQA Şirkətlər Qrupu "Texniki menecer" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Şirkətdə olan təmir, tikinti, quraşdırma, yenidən təşkil və digər bərpa işlərinin həyata keçirilməsini təmin edir və icrasına nəzarət edir; İşlərin yerinə-yetirilməsi zamanı iş bölgüsünün təşkil edir, resurslardan səmərəli istifadə və layihə üzrə işlərin icrasının müddətinə nəzarət edir; Yerinə-yetirdiyi işlərlə bağlı lazımi normativ və texniki sənədlərə riayət etməklə bu tip sənədlərin tərtib edilməsi və doldurulması; Avadanlıqların texniki cəhətdən düzgün istismarını və fasiləsiz işini, həmçinin onların təhlükəsiz istismarını və istifadə müddətinin artırılmasını təmin edir və nəzarətdə saxlayır; Müəssisənin enerji, su, qaz, rabitə təchizatınının davamlılığını təmin edir; Təmiri bitmiş obyektlərin, ayrı-ayrı mərhələlərin və kompleks işlərin təhvil verilməsini təmin edir; Subpodrat şirkətlər üçün iş sahələrini təşkil edir və yerinə-yetirilmiş işləri onlardan qəbul edir; Mühafizəli sahələrdə işlərin yerinə-yetirilməsinə icazə verən sənədləri tərtib edir; Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin olunması; Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək; “Tam müştəri məmnuniyyəti” konsepsiyasının prinsiplərinə mane olan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür və rəhbərliyə təkliflər verir; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.