Növbə rəisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 19 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Şüşə tara istehsalı xəttində texnoloji proseslərə real vaxt rejimində nəzarət etmək

  • Temperatur, təzyiq, qəlibləmə parametrləri və digər texniki göstəricilərin stabil saxlanmasını təmin etmək

  • Avadanlıqlarda (IS maşınlar, konveyerlər, soyutma sistemləri və s.) yaranan ilkin nasazlıqları diaqnostika etmək və aradan qaldırılması üçün mexanika/energetika komandası ilə koordinasiya etmək

  • Növbə ərzində prosesin ritmini və məhsuldarlığını izləmək, çatışmazlıqları vaxtında aşkarlamaq

  • Keyfiyyətə nəzarət göstəricilərinin (qramaj, boyun ölçüsü, deformasiya, qabarcıq və s.) uyğunluğunu təmin etmək

  • Növbə işçilərinin iş bölgüsünü koordinator səviyyəsində yönləndirmək

  • Növbə üzrə hesabatları hazırlamaq(istehsal, itki, dayanma, keyfiyyət göstəriciləri)

  • SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək

Tələblər

  • Ali texniki təhsil (Mexanika, Materialşünaslıq, Proses mühəndisliyi və s.)

  • Şüşə və ya digər isti istehsalat sahəsində iş təcrübəsi üstünlükdür (furnace, forming, soyuq xətt və s.)

  • İstehsal proseslərinin və avadanlıqların iş prinsipini anlama bacarığı

  • Operativ düşünmə, qərarvermə və problem həll etmə bacarığı

  • Növbəli iş rejimində işləməyə uyğunluq

  • Komanda ilə koordinasiya və işçilərlə düzgün ünsiyyət qurmaq bacarığı

  • Excel proqramında işləmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: növbəli iş qrafiki

  • İş yeri Sumqayıt

  • Nahar əvəzi əlavə ödəniş

  • Servis xidməti mövcuddur

  • Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun

Mövzu yerinə “Növbə rəisi” yazaraq  qeyd olunan elektron poçt adresinə göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3279

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə