Nizami filialı üzrə Kredit administratoru
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 23 may 2026
Təsvir
“Rabitəbank” ASC Nizami filialı üzrə Kredit administratoru vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
Kredit üzrə sənədlərin tərtib və təsdiq olunması;
Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;
Kredit sənədlərinin tamlığına cavabdehlik;
Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması;
Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak;
Kredit inzibatçılığı üzrə digər icra və nəzarət işləri.
Tələblər
Ali təhsil (iqtisadi təhsilli olması arzu ediləndir)
Bank sektorunda ən azı 1 il iş təcrübəsi;
MS Office proqramında peşəkar işləyə bilmək bacarığı;
Azərbaycan dilini mükəmməl bilmək, rus dilini başa düşmək və danışmaq bacarığı;
İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
Ünsiyyətqurma bacarığı;
Problemləri həll etmə bacarığı;
Kollektivdə işləmək bacarığı, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti.
Necə Müraciət Etmək Olar
Rabitəbank
Finance
Rabitəbank Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və ölkənin maliyyə sektorunda uzunmüddətli təcrübəyə malik banklardan biri hesab olunur. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. Rabitəbank geniş filial şəbəkəsi və müasir xidmət infrastrukturu ilə müştərilərinə rahat maliyyə həlləri təklif edir. Bank fəaliyyətində innovasiya, təhlükəsizlik və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. Rabitəbank rəqəmsal bankçılıq xidmətlərini inkişaf etdirərək mobil və internet bankçılığı vasitəsilə istifadəçilərə sürətli və rahat əməliyyat imkanları yaradır. Bank eyni zamanda sahibkarlığın dəstəklənməsi və ölkədə maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində aktiv fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17261
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+