Nəzarətçi (anbar)

Bakı,, Azərbaycan

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

  • Buraxılış rejimi haqqında təlimatın tələblərinə riayət edilməsi;

  • Prosedura və təlimata uyğun anbar binasına (qapısına) və ərazisinə daxil olan və çıxan nəqliyyat vasitələrinin, o cümlədən sürücülərin sənədlərini yoxlanılması;

  • Maşınlara yüklənən məhsulların sənədlərlə uyğunluğunun yoxlanılması, uyğunsuzluq aşkar etdikdə dərhal bu barədə rəhbərə məlumat verilməsi;

  • Müntəzəm olaraq seçmə üsulu ilə yükləmə-boşalma zonalarında yoxlama aparmalı, şübhəli hallar barədə təlimata uyğun olaraq dərhal aidiyyatı üzrə məlumat verilməsi;

  • Ərazidə hərəkət edən maşınların sürət həddini aşmamasına, eləcə də təyin olunmuş yerlərdən kənarda durmamasının, yüklənib-boşalmasının nəzarətdə saxlanılması;

  • Siqaret çəkmək üçün ayrılmış zonalardan kənar yerlərdə siqaret çəkilməsinin, həmçinin anbar ərazisinin zibillənməsinin qarşısının alınması;

  • Əməkdaşların yüklər üçün nəzərdə tutulmuş qapılardan hərəkətini məhdudlaşdırmalı, işçilərin və kənar şəxslərin anbar ərazisində yalnız təyinatı üzrə hərəkət etmələrinin nəzarətdə saxlanılması;

  • Gün ərzində və iş saatının sonunda anbarları tərk edən əməkdaşların üzərlərinin və çantalarının müntəzəm olaraq yoxlanılması;

  • Anbarlarda quraşdırılan nəzarət müşahidə kameralarının qarşısında görüntünü məhdudlaşdıracaq hər hansı maneənin olmamasına nəzarət edilməsi;

  • Rəhbərliyin göstərişi ilə işə aid digər tapşırıqların icra edilməsi.

İş şəraiti:

  • İş qrafiki: 6 gün iş, 1 gün istirahət

Tələblər

  • Müvafiq sahədə min 1 il iş təcrübəsi;

  • Fiziki cəhətdən sağlam;

  • Punktuallıq və detallara diqqət etmə bacarığı;

  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik;

  • Komanda ilə işləmə bacarığı;

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11527

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya