Nəzarətçi
Bakı
Tam Ştat
Orta Səviyyə
560 AZN-dən
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 8 aprel 2026
Təsvir
Vəzifə - Nəzarətçi
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Növbəli iş rejimi;
Əmək haqqı-560 azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarətçi” qeyd edərək hr@gfc.az e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İş haqqında
⦁ Orta ixtisas və ya ali təhsilli olması;
⦁ Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
⦁ Səlis azərbaycan dili bilikləri;
⦁ Komandada işləmək bacarığı;
⦁ Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
⦁ Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
⦁ Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
⦁ Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
⦁ AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Tələblər
⦁ Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
⦁ Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
⦁ Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
⦁ Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;
⦁ Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq;
⦁ Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
⦁ Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
⦁ Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;
⦁ Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq;
⦁ Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;
⦁ Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
⦁ Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
Necə Müraciət Etmək Olar
GFC MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9971
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə