Network system administratoru
Bakı
Tam Ştat
Menecer
1.300 - 1.500 AZN
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 16 may 2026
Təsvir
* Firewall, kommutatorlar (switches), marşrutlaşdırıcılar (routers), AP-lər və kontrollerlər daxil olmaqla, şəbəkə infrastrukturunu (2–3-cü səviyyə) idarə etmək və optimallaşdırmaq;
* Yeni ofis/məlumat mərkəzi şəbəkələrinin və ya kritik arxitektura dəyişikliklərinin uçdan-uca planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
* ACL-lər, VLAN-lar, subnetting və firewall üzrə ən yaxşı təcrübələrlə bağlı qabaqcıl konfiqurasiya və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;
* Telekommunikasiya provayderləri, DNS, DHCP, korporativ Wi-Fi sistemləri, service desk müraciətləri, strukturlaşdırılmış kabelçilik və fiber optika ilə bağlı idarəetmə və yüksək səviyyəli dəstək göstərmək;
* Avtomatlaşdırma, şəbəkənin yenilənməsi (network refresh) və s. kimi böyük şəbəkə ilə bağlı layihələri müstəqil şəkildə başlanğıcdan sona qədər idarə etmək və aidiyyəti komandaları mentorluq etmək;
* Şəbəkə konfiqurasiyalarını standartlara uyğun şəkildə sənədləşdirmək (rack sxemləri, port xəritələri, CIDR diapazonları, VLAN-lar, VPN-lər, switch konfiqurasiyaları, marşrut cədvəlləri və s.);
* Şəbəkə parametrlərində icazəsiz dəyişiklikləri monitorinq etmək və aşkar etmək;
* On-premise şəbəkələr üçün yeni avadanlıqların yerləşdirilməsi və konfiqurasiyasına rəhbərlik etmək;
* IP telefonlar, PBX, kommutatorlar, marşrutlaşdırıcılar, AP-lər və s. üçün kütləvi firmware yeniləmələrini planlaşdırmaq və icra etmək;
* Konfiqurasiya və image ehtiyat nüsxələrinin müntəzəm saxlanılmasını təmin etmək;
* Bir neçə ofis, bulud və on-premise inteqrasiyalı mühitlər üçün SD-WAN, VPN və WAN texnologiyalarının istifadəsi və konfiqurasiyası üzrə qabaqcıl təcrübəyə malik olmaq.
İş haqqında
* Sertifikatlar: Cisco Certified Network Associate (CCNA), CompTIA Network+, Fortinet NSE sertifikatlarına malik olması arzuolunandır;
* VMware və ya Hyper-V kimi virtualizasiya texnologiyaları ilə tanışlıq əlavə üstünlükdür;
* Xüsusilə Cisco və Fortinet qurğularına fokuslanmaqla, hardware, software və şəbəkə problemlərini kök səbəb analizi (root cause analysis) əsasında effektiv şəkildə diaqnostika və aradan qaldırma bacarığı;
* İstifadəçilər və komanda üzvləri ilə ünsiyyətdə güclü şifahi və yazılı kommunikasiya bacarıqları;
* PRTG, Zabbix, kimi monitorinq alətləri ilə bilik və idarəetmə təcrübəsi.
Tələb olunan biliklər və bacarıqlar:
* TCP/IP, DNS, DHCP, VLAN, Routing, Switching və VPN texnologiyaları üzrə biliklər
* Cisco, HPE Aruba, FortiGate və TP-Link şəbəkə avadanlıqları ilə iş təcrübəsi
* Analitik düşüncə və problem həll etmə bacarığı
* Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
* Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili bilikləri arzuolunandır
* Sahə üzrə ən azı 1-3 il iş təcrübəsi
Texniki biliklər:
* NGFW-lar üzrə biliklər və iş təcrübəsi (PaloAlto);
* (Local Traffic Manager) üzrə biliklər və iş təcrübəsi (F5 BIG-IP LTM);
* Cisco SD-WAN texnologiyası üzrə biliklər və iş təcrübəsi (arzu olunan);
* Cisco IOS, NX-OS, IOS-XE üzrə biliklər və iş təcrübəsi;
* Wireless şəbəkə üzrə biliklər;
* Unify controller və access pointlər ilə iş təcrübəsi;
* VoIP üzrə biliklər
* Zabbix, PRTG monitorinq sistemləri ilə iş təcrübəsi;
* TCP/IP;
* Routing və Switching protokolları;
* İngilis dili (texniki səviyyədə).
Tələblər
* Lokal şəbəkənin (LAN) idarə olunması, optimallaşdırılması və genişləndirilməsi
* Cisco, HP/HPE, FortiSwitch və TP-Link şəbəkə avadanlıqlarının idarə olunması
* VLAN-ların yaradılması, port təhlükəsizliyinin təmin edilməsi, Trunk və Access konfiqurasiyalarının aparılması
* Şəbəkə topologiyasının hazırlanması, sənədləşdirilməsi və yenilənməsi
* Service Desk, SOC və digər komandalarla əməkdaşlıq edərək daxil olan müraciətlərin icrası və problemlərin operativ həlli
* Şəbəkə infrastrukturunun gündəlik və profilaktik dəstəklənməsi
* Şəbəkə monitorinqinin aparılması (Zabbix / PRTG)
* Firewall üzərində təhlükəsizlik siyasətlərinin, NAT, Routing və Virtual IP konfiqurasiyalarının icrası
* VPN (Site-to-Site, Remote Access) bağlantılarının qurulması və idarə olunması.
Necə Müraciət Etmək Olar
NEOTELECOM SERVICES MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12964
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer