Network Internship

Təcrübə

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 9 mart 2026

Təsvir

PAŞA Property Management şirkəti IT Şəbəkə yenidənqurma layihəsi çərçivəsində Şəbəkə komandamıza qoşulmaq üçün Şəbəkə üzrə Təcrübəçi (tam ştat) axtarırıq.

Əgər sən də real layihələrdə iştirak etmək, korporativ şəbəkə mühitində praktiki biliklər qazanmaq və peşəkar mühəndislərlə birlikdə çalışmaq istəyirsənsə, bu fürsəti qaçırma!



  • Şəbəkə komandasının gündəlik əməliyyat işlərinə dəstək göstərmək.

  • Şəbəkənin monitorinqi və ilkin diaqnostika işlərində iştirak etmək.

  • Routing, switching və təhlükəsizlik üzrə tapşırıqlara dəstək vermək.

  • İnfrastruktur layihələrində baş mühəndislərlə əməkdaşlıq etmək.

Tələblər

  • 2023 / 2024 / 2025-ci il məzunları (Bakalavr və ya Magistr dərəcəsi).

  • OSI və TCP/IP modelləri üzrə anlayış.

  • IP ünvanlama və subnetting üzrə baza biliklər.

  • Routing və switching konsepsiyaları üzrə anlayış.

  • VLAN, DHCP və DNS üzrə əsas biliklər.

  • Firewall, NAT və şəbəkə təhlükəsizliyi prinsipləri üzrə ilkin anlayış.

  • Şəbəkə diaqnostika alətlərindən (ping, traceroute və s.) istifadə bacarığı.

  • CCNA və ya oxşar sertifikatın olması (və ya hazırda təhsil alınması) üstünlükdür.

Necə Müraciət Etmək Olar

PASHA Property Management

PASHA Property Management

Other

PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9699

İş Növü

Təcrübə

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Təchizat üzrə mütəxəssis

Tam Ştat

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Tenderlərin aparılması, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək; Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək; Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək; Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək; Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq; Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq; Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq; Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq; Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək; Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək; Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək; Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.