Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Struktur şöbə/bölmə: Keyfiyyətə nəzarət bölməsi
Vəzifə öhdəlikləri:
Layihələrdə xidmətin təşkili və gedişatına dair planlı və növbədənkənar monitorinqlərin keçirilməsi;
Xidmətin təşkili səviyyəsinin, əmək intizamının və SƏTƏM tələblərinə uyğunluğun yerində yoxlanılması;
Aşkar edilmiş uyğunsuzluqlar və intizam pozuntuları üzrə fakt əsaslı daxili araşdırmaların aparılması və nəticələrin sənədləşdirilməsi;
Daxil olan şikayət və müraciətlərin operativ araşdırılması və əsaslandırılmış rəyin təqdim edilməsi;
Monitorinq nəticələri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
ISO 9001, 14001 və 45001 standartlarının tələblərinə uyğun olaraq metodoloji sənədləşmə bazasının (qayda, təlimat, prosedur) hazırlanması;
ISO 10005 standartı əsasında layihələrə spesifik keyfiyyət planlarının tərtibi;
Mövcud sənəd dövriyyəsi sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi
Namizədə dair tələblər:
Ali təhsil;
Daxili nəzarət, audit, təhlükəsizlik və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Beynəlxalq idarəetmə standartları (ISO) üzrə mükəmməl nəzəri və praktiki biliklər;
1C (8.3) və MS Office (xüsusilə Excel,Visio) proqramlarında sərbəst işləmə bacarığı;
Yüksək müşahidəçilik, qərəzsiz yanaşma və analitik təhlil bacarığı;
Ezamiyyətlərə və intensiv layihə səfərlərinə hazırlıq;
SƏTƏM tələbləri və əmək intizamı normaları üzrə biliklər;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq qabiliyyəti, ingilis dili (işgüzar səviyyədə).
Əlavə məlumat:
Sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır;
İş rejimi: I–V günlər, 09:00–18:00;
Nahar fasiləsi: 13:00–14:00;
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Keyfiyyətə nəzarət bölməsi / Mütəxəssis” qeyd edərək CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
GESCO
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17901
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə