Mühəndis – texnoloq
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
İşin qısa təsviri:
Yivaçma sahəsində istehsal prosesinin düzgün planlaşdırılması və idarə olunmasını təmin etmək;
Boruların və detalların yivlənməsi və faskalanması proseslərinə nəzarət etmək;
CNC dəzgahlarında texnoloji prosesləri qurmaq və idarə etmək;
CNC kodlarını müstəqil şəkildə yazmaq və optimallaşdırmaq;
API və GOST standartlarına uyğun istehsal proseslərinin icrasını təmin etmək;
Məhsulun keyfiyyətinə və sifarişlərin vaxtında icrasına nəzarət etmək.
Vəzifə funksiyaları və öhdəlikləri:
Dəzgahların işlək vəziyyətdə saxlanılmasını təşkil etmək və nasazlıqlarla bağlı texniki xidmətə məlumat vermək;
Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək;
Gündəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq;
Material və alət sərfiyyatına nəzarət etmək, itki və israf hallarının qarşısını almaq;
Yeni işçilərin adaptasiya və təlim prosesində iştirak etmək;
Texniki sənədlərə və normativ tələblərə uyğun istehsal prosesinin icrasına nəzarət etmək.
Tələblər
Texniki ali təhsil (Mexanika mühəndisliyi, sənaye mühəndisliyi və ya uyğun ixtisaslar üzrə);
Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
CNC dəzgahlarında işləmə və proqramlaşdırma bacarığı;
Boru istehsalı prosesləri üzrə biliklər;
API və EN standartları üzrə ümumi biliklər;
MS Office proqramlarında işləmə bacarığı;
SAP və ya digər ERP sistemlərində işləmə təcrübəsi üstünlükdür
Azərbaycan dili biliyi, ingilis dili üstünlükdür.
Necə Müraciət Etmək Olar
Baku Steel Company
Other
Baku Steel Company (BSC) Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavodun rəsmi açılışı 23 iyun 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Şirkət Azərbaycan metallurgiya sənayesində əsas istehsalçılardan biri kimi polad məhsullarının istehsalı ilə məşğuldur. BSC ölkənin qeyri-neft sektorunda iri ixracatçı və vergi ödəyicilərindən biri kimi fəaliyyət göstərir və dayanıqlı inkişaf prinsiplərinə xüsusi diqqət ayırır. Şirkət müasir texnologiyaların tətbiqi, keyfiyyət standartları və istehsal proseslərinin təkmilləşdirilməsi istiqamətində davamlı şəkildə inkişaf etməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16062
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+