Mühəndis-Konstruktor

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

İş şəraiti

  • İş qrafiki: 5 gün

  • Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.

Namizədlə bağlı tələblər:

  • Dil bilikləri: rus dili, ingilis dili arzu olunandır.

  • Yaş həddi: 35-45

  • Ali texniki təhsil (mühəndis-konstruktor ixtisası üzrə)

  • Texniki çertyoj, 3D modelləşdirmə və CAD proqramlarında (AutoCAD, Revit, Lira və s.) işləmə bacarığı

  • Standartlaşdırma və texniki normativlər üzrə biliklər

  • Layihələndirmə, hesablama və texniki sənədləşmə bacarığı

  • Təhlükəsizlik texnikası qaydalarını bilmək və tətbiq etmək

  • Ən azı 5–7 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır

Vəzifə öhdəlikləri:

  • Texniki tapşırıq və müvafiq standartlara uyğun olaraq məhsul və ya konstruksiya layihələrinin hazırlanması

  • Texniki çertyojların, spesifikasiyaların, eskizlərin və texniki hesabatların tərtibi

  • Layihələndirmə üçün uyğun material və avadanlıqların seçilməsi

  • Layihələrin konstruktiv və texnoloji həllərinin optimallaşdırılması və inkişaf etdirilməsi

  • Mövcud konstruksiyalara dəyişikliklərin edilməsi və onların təkmilləşdirilməsi

  • Layihə sənədlərinin beynəlxalq və yerli standartlara (ISO, GOST və s.) uyğunluğunun təmin edilməsi

  • İstehsalat proseslərinin layihə sənədlərinə və texniki həllərə uyğun icrasına nəzarət

  • Texniki sınaqlarda iştirak və nəticələrə əsasən layihələrə düzəlişlərin edilməsi

  • İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi

  • Tapşırılan layihə və texniki işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi

  • Hazırlanmış texniki sənədlərin düzgünlüyünə və normativ standartlara uyğunluğuna cavabdehlik

  • Texniki təhlükəsizlik qaydalarının pozulmamasının təmin edilməsi

  • Layihə sənədlərində və konstruktiv həllərdə buraxılmış texniki və funksional səhvlərə görə məsuliyyət

  • Texniki sənədlərin, avadanlıqların və layihə materiallarının qorunması və düzgün saxlanılması

Tələblərə cavab verən namizədlər mailin başlığında “Mühəndis-Konstruktor” yazmaqla CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Necə Müraciət Etmək Olar

Advanced Industrial Solutions

Advanced Industrial Solutions

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17516

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə