Ana Səhifə
Vakansiyalar

Mühəndis Elektronçu

Mühəndis Elektronçu

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 13 may 2026

Təsvir

İş Yeri: Bakı, Azərbaycan

İş haqqında:

  • Innovative Solution Center AZ müasir texnologiyalar və innovasiyalarla işləyən peşəkar bir komanda axtarır. Elektronika sahəsində bilik və bacarıqlarınızı yüksək səviyyədə tətbiq etmək istəyirsinizsə, bizimlə işləmək şansı qazanın!

Namizədə Olan Tələblər:

  • Elektron avadanlıqların təmiri və diaqnostikası üzrə geniş təcrübə.

  • Komponent və modul səviyyəsində təmir bacarığı.

  • Elektron sxemlərin oxunması və analizində mükəmməl biliklər.

  • Elektron platalardakı nasazlıqları aşkarlamaq və aradan qaldırmaq bacarığı.

  • Lehimləmə avadanlıqları ilə sərbəst işləmə təcrübəsi.

  • Elektron cihazların texniki vəziyyətinin diaqnostikası və baxışı.

  • Elektron ehtiyat hissələrinin təmiri və dəyişdirilməsi.

  • Texniki sənədlər və standartlarla işləmə təcrübəsi.

  • Elektron avadanlıqların istismar qaydalarına dair təlimatlar hazırlamaq bacarığı.

  • Ali texniki təhsil (Elektronika, Elektrik mühəndisliyi və ya müvafiq sahə).

  • Müasir test və diaqnostika avadanlıqlarından istifadə təcrübəsi.

  • PCB dizaynı və plataların çap olunması üzrə təcrübə.

  • PCB dizaynı üçün müvafiq proqramlardan (məsələn, Altium Designer, Eagle, KiCad və s.) istifadə bacarığı.

  • PCB-nin təhlili və optimallaşdırılması üzrə biliklər.

  • Yüksək sürətli və yüksək keyfiyyətli plataların dizaynı və hazırlanması təcrübəsi.

  • Plataların istehsalı üçün texniki sənədlərin (Gerber faylları və digər sənədlər) hazırlanması bacarığı.

  • PCB-nin səhvlərini və nasazlıqlarını aşkar etmək və düzəltmək bacarığı.

  • Yaş həddi: 30 yaşa qədər olan namizədlərin müraciət etməsi xahiş olunur.

Əlavə Üstünlüklər:

  • Elektron cihazların avtomatlaşdırılması və proqramlaşdırılması üzrə biliklər.

  • İngilis və ya rus dili bilikləri.

  • İdarəetmə sistemləri ilə işləmə təcrübəsi.

  • Təcrübəli və Hərbi Xidmət Keçmiş namizədlər müraciət etməlidir.

Niyə Biz?

  • Müasir texnologiyalarla işləyən peşəkar komanda.

  • Karyera inkişafı və təcrübə qazanma imkanı.

  • Innovativ və texniki layihələrdə iştirak.

İş Şəraiti:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək.

  • Əməkhaqqı: Təcrübə və bacarıqlardan asılı olaraq fərdi şəkildə razılaşdırılır. (2000+ AZN)

  • Rəsmi işə qəbul: Əmək Məcəlləsinə uyğun olaraq.

Necə Müraciət Etməli?

Namizədlər öz CV-lərini WhatsApp və ya qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

  • Whatsapp: +994 517873328 (yalnız CV-ləri göndərmək üçün zənglərə və mesajlara cavab verilmir)

  • Mövzu hissəsində: "Mühəndis Elektronçu" qeyd edin.

Qeyd: Vakansiyaya uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Sizin inkişafınız və peşəkar təcrübə qazanmağınız üçün mükəmməl fürsət!

Necə Müraciət Etmək Olar

Innovative Solution Center AZ

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13705

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə