Ana Səhifə
Vakansiyalar

Mühasib (Nağd Vəsaitlər və Ekvivalentlər üzrə)

Mühasib (Nağd Vəsaitlər və Ekvivalentlər üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

  • Gündəlik olaraq kassa əməliyyatlarının 1C proqramında dəqiq və vaxtında uçotunun aparılması;

  • Gündəlik olaraq kassa kitabının işlənməsi və rəhbərliyə təqdim olunması;

  • Təhtəl hesab şəxslərlə avans hesabatlarının aparılması, uyğun sənədləşmənin təmin edilməsi;

  • Nağd vəsaitlərin hərəkəti ilə bağlı mövcud qanunvericiliyin izlənməsi və müəssisə daxilində tətbiq edilməsi;

  • Qrup şirkətləri üzrə bütün kart ödənişləri və kassa əməliyyatlarının mərkəzləşdirilmiş şəkildə toplanması və təhlil edilməsi;

  • Nağd vəsaitlərin hərəkəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

  • Daxili nəzarət prosedurlarına uyğun olaraq kassa intizamının qorunmasına nəzarət edilməsi;

  • Zərurət yarandıqda qrupun digər mühasibatlıq əməliyyatlarına dəstəyin verilməsi.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə);

  • Mühasibatlıq və ya maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi;

  • 1C mühasibat proqramında sərbəst işləmə bacarığı;

  • Nağd pul əməliyyatları və kassa intizamı üzrə təcrübə;

  • MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

  • ACCA F3 sertifikatı;

  • Detallara diqqətlilik və yüksək məsuliyyət hissi.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);

  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);

  • Könüllü tibbi sığorta;

  • Uşaqlara məktəb endirimləri;

  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;

  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Landau Education Group

Landau Education Group

Education

2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11709

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya