Mühasib (istehsalat sahəsi üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 22 yanvar 2026
Təsvir
Yerləşmə: Bakı şəhəri, Binəqədi rayonu
MAX PRINT şirkəti — açıq hava reklamı, ticarət mebeli istehsalı, rəqəmsal çap və promo məhsullar sahəsində uğurla fəaliyyət göstərən müəssisə — istehsalat sahəsində çalışacaq mühasib vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
İlkin sənədlərin (qaimə, akt, hesab-faktura və s.) düzgünlüyünə nəzarət
Təchizatçılar və podratçılarla qarşılıqlı hesablaşmaların aparılması
Maliyyə direktoru üçün istehsalat hesabatlarının hazırlanması
Mal-materialların uçotunun aparılması və müvafiq sənədləşmənin həyata keçirilməsi.
Anbar əməliyyatlarının düzgün və vaxtında 1C/Mühasibatlıq proqramında əks etdirilməsi.
Mal-material hərəkətlərinə (mədaxil, məxaric, qaytarılma və s.) nəzarət olunması.
Mal-material qalığının faktiki göstəricilərlə uyğunluğunun yoxlanılması və inventarizasiyada iştirak.
Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim olunması.
Tələblər
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
Mühasib kimi minimum 2 il iş təcrübəsi (istehsalat sahəsində üstünlük verilir)
Vergi və əmək qanunvericiliyi barədə biliklər
1C proqramı və Excel-də sərbəst işləmə bacarığı, sənəd dövriyyəsinə bələdlik
Diqqətlilik, məsuliyyət və dəqiqlik
Böyük həcmli məlumatlarla işləmək və müəyyən olunmuş müddətlərə riayət etmək bacarığı
İş şərtləri:
Tam ştat, 5/2 iş qrafiki (B.e – C.a: 09:00–18:00)
Əmək haqqı 1200 nett:
Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi
İstehsalat sahəsinin yanında yerləşən ofisdə iş (Binəqədi rayonu)
Müsahibə nəticələrinə əsasən rəqabətqabiliyyətli əmək haqqı
Mehriban kollektiv və rahat iş mühiti
Peşəkar inkişaf imkanları
CV göndərmək üçün:
Tələblərə cavab verən namizədlərdən CV-lərini qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Mövzu sətrində mütləq qeyd edin: “Mühasib (istehsalat)”
MAX PRINT — Peşəkar inkişaf, sabitlik və sabaha inam. Bizim komandamıza! siz də qoşulun
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Max Print
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3570
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə