Mühasib

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 15 fevral 2026

Təsvir

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;

  • New-e-taxes, E-gov.az  və digər portallardan istifadə etmə bacarığı;

  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq, həmçinin xəzinə əməliyyatlarının icrası və sənədləşdirilməsi;

  • Əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;

  • Debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq olaraq üzləşmə aktlarının edilməsi;

  • Əsas vəsaitlərin, mal-materialların hərəkətinin və uçotunun aparılması;

  • Aylıq, rüblük və illik vergi və digər dövlət qurumlarına hesabatlarının və arayışların hazırlanması, təqdim edilməsi,bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması

  • Vergi ödəyicisinin dövriyyəsinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi və optimal istifadənin təmin edilməsi;

  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;

  • Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası

  • Vergi və maliyyə uçotunun aparılması;

  • Maliyyə hesabatları (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanmasında iştirak etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;

  • İstirahət: Şənbə və Bazar günləri;

  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)

  • Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;

  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;

  • Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;

  • 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4968

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə