Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Xəmsə Palace Yaşayış Kompleksi komandamıza peşəkar, məsuliyyətli və uzunmüddətli işləmək istəyən mühasib (xanım namizəd) axtarır.
Vəzifə öhdəlikləri:
Müəssisədə mühasibat uçotunun düzgün və tam şəkildə aparılması
Gündəlik maliyyə əməliyyatlarının (gəlir-xərc, kassa, bank) qeydiyyatı və nəzarəti
Vergi, DSMF və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
Əmək haqqının hesablanması və işçi sənədlərinin uçotu
Debitor və kreditor borcların izlənməsi
Maliyyə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi
Elektron qaimə-faktura və e-qaimələrlə işləmək
Bank əməliyyatlarının icrası və nəzarəti
Tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi
1C proqramında sərbəst işləmə bacarığı
MS Office (xüsusilə Excel) proqramlarını yaxşı səviyyədə bilmək
Vergi və əmək qanunvericiliyi üzrə biliklər
Analitik düşünmə və problem həll etmə bacarığı
Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə qabiliyyəti
İşə ciddi və nizam-intizamlı yanaşma
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi
Rahat və stabil iş mühiti
Karyera inkişaf imkanı
Əmək haqqı: 800 AZN
İş yeri: Xəmsə Palace Yaşayış Kompleksi
Əlaqə: 051 555 50 65
Maraqlanan namizədlər cv-lərini Müraciət etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Xemse Palace Yasayis Kompleksi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14294
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə