Tam Ştat

Orta Səviyyə

650 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Baş ofis, Azadlıq prospekti 3

  • Əmək haqqı: 650 AZN

  • Tibbi sığorta qarşılanır.

**Vəzifə öhdəlikləri:**​​​​​​​

  • İş növbəsində olduğu müddətdə Şirkətdə qəbul olunmuş korporativ geyim standartlarına tam şəkildə riayət etmək;

  • növbəni müvafiq qaydada təhvil vermək və qəbul etmək, bu proses zamanı vacib məlumatların tam ötürülməsini təmin etmək;

  • növbə ərzində baş verən hər hansı hadisə barədə dərhal Birbaşa rəhbərinə məlumat vermək və hadisənin xülasəsini qeydiyyat jurnalında əks etdirmək;

  • Mühafizəçi üçün ayrılmış postu Birbaşa rəhbərinin razılığı olmadan tərk etməmək və nəzarət zonasını daim müşahidə altında saxlamaq;

  • Şirkət daxilində baş verə biləcək fövqəladə hallar zamanı dərhal Birbaşa rəhbərinə məruzə etmək və hadisənin qarşısını almaq məqsədilə zəruri tədbirlər görmək;

  • Şirkətin əməkdaşlarının, qonaqların və digər şəxslərin binaya giriş-çıxış vaxtlarını xüsusi qeydiyyat jurnalında dəqiq şəkildə qeydə almaq;

  • Şirkətə gələn kənar şəxslərin (sığorta, texniki xidmət və digər səbəblərlə) kimə və hansı məqsədlə gəldiyini müəyyənləşdirmək, aidiyyəti əməkdaşa məlumat vermək və qonağı gözləmə yerində müşahidə altında saxlamaq.

  • Şirkətin təhlükəsizlik qaydalarına, prosedurlarına və standartlarına tam şəkildə riayət etmək.

Tələblər

  • Həqiqi hərbi xidmət keçmiş bəylər üçün.

  • Yaş: 30-45.

  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək tələb olunur, ingilis dili arzuolunandır.

  • Kompüter biliyi: Microsoft Office

Maraqlanan şəxs mövzuda Mühafizəçi qeyd etməklə CV-ni qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Necə Müraciət Etmək Olar

A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti

A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17547

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə