Motion Designer / AI Content Maker
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Şirkət haqqında
NESHRIX — Azərbaycanda ilk AI agent agentliyidir. Biz B2B müştərilər üçün real biznes proseslərini avtomatlaşdıran AI sistemləri qururuq. Şirkət sürətlə böyüyür, bürokratiyasız işləyir və bazarda hələ olmayan məhsullar yaradır.
Kimi axtarırıq
Güclü vizual baxış açısına və peşəkar motion design bacarıqlarına sahib biri axtarırıq — həm estetik, həm də sürətli işləməyi bacaran.
Hər detal üçün texniki tapşırıq gözləməyən, müasir AI məhsulunun necə görünməli olduğunu özü hiss edən namizəd axtarırıq.
Əgər:
ideyaları animasiya ilə canlandıra bilirsənsə,
AI alətləri ilə kontent istehsal edirsənsə,
brendin vizual dilini sıfırdan qurmaq istəyirsənsə,
bu vakansiya sənin üçündür.
Vəzifələr
Məhsul təqdimatları, sosial media, pitch deck və reklam kampaniyaları üçün 2D və 3D animasiyalar hazırlamaq
UI/UX üçün motion qrafikalar yaratmaq
Onboarding animasiyaları, micro-interactions və explainer videolar hazırlamaq
Müasir AI alətləri ilə kontent istehsal etmək
(Runway, Sora, Kling, Midjourney, HeyGen, ElevenLabs və s.)NESHRIX brendinin vizual üslubunu qurmaq və inkişaf etdirmək
Məhsul və marketinq komandası ilə birlikdə işləyərək ideyaları vizuala çevirmək
Yeni AI alətlərini test etmək və ən effektivlərini iş prosesinə tətbiq etmək
Tələblər
After Effects üzrə güclü biliklər
Cinema 4D, Blender və ya analoji 3D proqramlarla işləmə təcrübəsi
2D və 3D animasiya sahəsində real iş təcrübəsi
AI əsaslı video, şəkil və səs generasiya alətləri ilə praktiki iş bacarığı
Güclü və real işlərdən ibarət portfölio
Motion design və AI kontent sahəsindəki müasir trendləri izləmək
Keyfiyyəti qoruyaraq sürətli işləmək bacarığı
Vacib şərt
Rus dilini peşəkar səviyyədə bilmək mütləqdir.
Komandamız və müştərilərimizin böyük hissəsi rus dilində ünsiyyət qurur. Rus dilini bilməyən namizədlər nəzərə alınmayacaq.
Üstünlük sayılacaq
Tech / SaaS / AI sektorunda iş təcrübəsi
Figma bilikləri
Musiqi və sound design ilə işləmə bacarığı
LinkedIn və B2B auditoriyası üçün kontent hazırlamaq təcrübəsi
Nə təklif edirik
Azərbaycanda ilk AI agent şirkətində işləmək imkanı
Sürətli inkişaf və real təsir mühiti
Alət və yanaşmaların seçimində maksimum sərbəstlik
Məhsul və development komandaları ilə birbaşa əməkdaşlıq
Görülən işlərin dərhal real tətbiqini görmək imkanı
Rəqabətli əmək haqqı (səviyyəyə uyğun müsahibədə müzakirə olunur)
Hibrid iş rejimi
Necə müraciət etmək olar
Portfölionu və ən çox qürur duyduğun 2–3 işini göndər.
❗ Portfölio olmadan müraciətlər nəzərə alınmır.
📩 CV və portfölio:
kamilgeidarov@gmail.com
Necə Müraciət Etmək Olar
Neshrix
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18711
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə