Monitorinq üzrə aparıcı mütəxəssis (Memar)
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 31 mart 2026
Təsvir
Şöbə: Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsi
Vəzifə öhdəlikləri:
Mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq keçirmək;
Abidələrin funksional təyinatına uyğun istifadə edilməsinin, habelə tarixi memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığının və uzunömürlülüyünün təmin edilməsinin təşkil edilməsi üçün təkliflər vermək;
Tarixi-mədəni irsin idarə olunması və qorunması işinin sahədə tətbiqi üçün iş planları hazırlayıb onların icra edilməsi mexanizmləri barədə təkliflər vermək;
Qazıntı, təmir-tikinti işlərinin planlaşdırıldığı əraziləri əvvəlcədən nəzərdən keçirmək, həmin ərazilərdəki abidələrin ilkin tədqiqini təmin etmək və ərazidə işlərin davam etdirilib-etdirilməməsi barədə qərarın formalaşması üçün ilkin rəylər vermək;
Müxtəlif təyinatlı qazıntılar zamanı aşkar olunan arxeoloji əhəmiyyət kəsb edən obyektlərin yerində öyrənilməsini təmin edilməsi üçün aparılan təsərrüfat işlərinin dayandırılması ilə bağlı qərarın verilməsi üçün İdarəyə təkliflər vermək;
Konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işlərinin monitorinqini həyata keçirmək;
Abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası istiqamətində aparılan işlərin monitorinqini həyata keçirmək;
Şuşa şəhərinin ərazisində aparılan arxeoloji qazıntılara, bu qazıntıların abidələrə zərər yetirilmədən aparılmasına nəzarət etmək;
Abidələrin üzərində aparılacaq müxtəlif təyinatlı işlərin təsdiq olunmuş layihələr əsasında aparılıb-aparılmamasının vaxtaşırı monitorinqini keçirmək;
Həyata keçirilən monitorinq işləri və onların nəticələri bardə dövri hesabatlar hazırlamaq;
Rəhbərliyin tapşırığı ilə öz vəzifə səlahiyyətləri çərçivəsində digər işləri yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
Ali təhsil (Memarlıq ixtisası üzrə)
Müvafiq sahə üzrə 3 (üç) il iş təcübəsi;
Analitik düşüncə bacarığı;
Məsuliyyətlilik və dəqiqlik;
Detallara diqqət yetirmək bacarığı;
Müvafiq proqram təminatı biliklərinin yüksək səviyyədə olması (AutoCAD, Sketchup, GİS, Revit);
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Namizədlərdən öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11423
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə