Modellərin validasiyası chapter Modellərin validasiyası üzrə ekspert
Bakı,, PBT2, (Port, Baku, Tower, 2),
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 23 may 2026
Təsvir
Modellərin Validasiyası üzrə Ekspert rolu bankda istifadə olunan statistik və risk modellərinin etibarlılığını və düzgün işləməsini təmin etməyə yönəlib. Yeni işə qəbul olanacaq əməkdaş kredit riski, IFRS 9/ECL, davranış və digər analitik modelləri müstəqil şəkildə yoxlayıb, onların metodologiyasını, məlumat keyfiyyətini və performansını dərin analiz edəcək.
Rolun əsas məqsədi model risklərini vaxtında aşkar etmək, çatışmazlıqlar üçün həll yolları təklif etmək və modellərin biznes qərarlarında düzgün istifadə olunmasını təmin etməkdir. Eyni zamanda, model sahibləri, developerlər və audit komandası ilə sıx əməkdaşlıq edərək, model idarəetmə və monitorinq proseslərini davamlı olaraq təkmilləşdirir.
' ' +
Təhsil: Riyaziyyat, Statistika, Ekonometrika, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil;
İş təcrübəsi: minimum 3 il (model development/validation/risk analytics sahəsində üstünlükdür);
Statistik modelləşmə və analitik metodlar üzrə güclü biliklər (regression, scorecard, ML əsasları);
Data analitika alətləri ilə iş bacarığı (Python/Excel/SQL/DataIku/Tableau);
GenAI və LLM əsaslı tətbiqlərin (chatbotlar, agentlər) əsas prinsipləri və istifadə riskləri barədə dərin bilik;
Git və ya digər versiya nəzarət sistemləri ilə tanışlıq;
Yüksək səviyyədə ünsiyyətqurma bacarıqları;
Dil bilikləri: Azərbaycan, İngilis (B2/C1), (əlavə xarici dil bilikləri alqışlanır).
' ' +
İnkişaf imkanları;
Rəqabətli əmək haqqı və bonuslar;
Yüksək təminatlı sığorta;
Dəstəkləyici mühit;
Visa Premium əmək haqqı kartı;
Korporativ endirimlər;
Korporativ tədbirlər;
Əlavə məzuniyyət;
Güzəştli təhsil və işçi krediti.
' ' +
Kredit risk modelləri, davranış modelləri, IFRS 9/ECL, limit idarəetmə və seqmentasiya modelləri daxil olmaqla statistik modellərin müstəqil validasiyasının aparılması;
Modellərin həyat dövrünün bütün mərhələlərində model risk baxımından qiymətləndirilməsi;
Validasiya planlarının hazırlanması və validasiya layihələrinin end-to-end idarə edilməsi;
Modellərin metodologiyasının, fərziyyələrinin, məlumat keyfiyyətinin və performansının dərin təhlili;
Model risklərinin müəyyən edilməsi və remediasiya tədbirlərinin təklif olunması;
Yüksək keyfiyyətli, strukturlaşdırılmış validasiya hesabatlarının hazırlanması və təqdim edilməsi;
Model sahibləri, developerlər, biznes komandaları və audit funksiyası ilə aktiv əməkdaşlıq;
Model monitoring çərçivəsinin təkmilləşdirilməsinə töhfə vermək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17044
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+