Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Vəzifə üzrə öhdəliklər:

  • AFF MMC-nin laboratoriyalarında balıqlardan götürülmüş patoloji materialların, balıq saxlanılan suyun və yem nümunələrinin mikrobioloji müayinələrinin təşkili və aparılması;

  • Balıqlarda bakterial, viral, funqal və parazitar patogenlərin aşkar edilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsinin təmin edilməsi;

  • Laboratoriyalarda çalışan mütəxəssis və texniki personalın təlimatlandırılması, analizlərin düzgün icrasına metodiki və praktiki nəzarət;

  • Laboratoriya fəaliyyətini tənzimləyən normativ sənədlərin (standart əməliyyat prosedurları, müayinə protokolları, reagent və kimyəvi maddələrin istifadəsi üzrə təlimatlar, təhlükəsizlik qaydaları, avadanlıqdan istifadə qaydaları) hazırlanması və icrası;

  • Laborator avadanlıqlarının saz vəziyyətdə saxlanılması, onların vaxtında kalibrovkadan, texniki baxışdan və servis xidmətindən keçirilməsinin təşkili;

  • Mikrobioloji müayinələr üçün zəruri reagent və laboratoriya ləvazimatlarının sifarişi, regional laboratoriyalara çatdırılması və düzgün saxlanmasına nəzarət;

  • AFF MMC-nin laboratoriyalarında layihələr və tədqiqatlar çərçivəsində aparılan müayinələrin planlaşdırılması, icrası və yekun hesabatların hazırlanması;

  • Yerli və beynəlxalq norma və standartlara (o cümlədən “Yaxşı Laboratoriya Praktikası” – Good Laboratory Practice, GLP) uyğun laboratoriya fəaliyyətinin təmin edilməsi;

  • Aparılan müayinələrin planları, nəticələri və laboratoriyaların fəaliyyəti ilə bağlı digər məsələlər barədə rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi;

  • Balıq xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin planlaşdırılmasında müvafiq struktur bölmələrlə birgə iştirak;

  • Balıq xəstəlikləri, mikrobiologiya və laborator diaqnostika sahəsində yerli və beynəlxalq seminar, konfrans və digər peşəkar tədbirlərdə iştirak.

Namizədə Tələblər:

  • Ali təhsil (Mikrobioloqiya) və diaqnostika üzrə təlimlər (xaricdə təlimlər keçənlərə üstünlük verilir);

  • Müvafiq sahədə iş təcrübəsi – 5 ildən az olmayaraq;

  • Tələb olunan və üstünlük verilən sənayə sektoru – baytarlıq sahəsində mikrobioloji laboratoriya.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

  • Ünvan: Bakı, Üzeyir Hacıbəyov, 57.

  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Mikrobioloq” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azerbaijan Fish Farm

Azerbaijan Fish Farm

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12802

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə