Mikrobioloq

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin bölmələrində və anbarlarında xammalın, yarımfabrikatın, hazır məhsulun saxlanımasının düzgünlüyünə, həmçinin istehsal prosesinin bütün mərhələlərinə nəzarətin təmin edilməsi

  • Xammal, qablaşdırma materiallarında, yarımfabrikatlarda və hazır məhsullarda mikrobioloji analizlərin həyata keçirilməsi;

  • Avadanlıqların sanitar vəziyyətinə nəzarətin, iş yerində sanitar-gigiyenik qaydalara riayət edilməsi üzrə yoxlamaların və mikrobioloji analizlərin aparılması;

  • Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;

  • Analiz nəticələrinin təhlili, sənədləşdirilməsi və hesabatların təqdim edilməsi;

  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Dövlət tərəfindən qoyulan sanitar-gigiyena, HACCP, İSO 9001, İSO 22000 və İSO 17025  beynəlxalq standartlarının tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsi.

Tələblər

  • Ali təhsil (Qida mühəndisliyi, Biologiya sahəsində);

  • Xanım namizəd

  • Tələb olunan vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi (qida mikrobiologiyası üzrə arzuolunandır);

  • İSO 17025 tələblərinə uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı;

  • Laboratoriya analizlərinin aparılması.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

  • İş qrafiki: 6 gün

  • Əmək haqqı: 700 AZN

  • Nahar şirkət tərəfindən verilir

  • Bakı şəhəri, Binəqədi yolu 100

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini qeyd olunan email ünvanına “Mikrobioloq” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlaqə: 055-253-13-64

Necə Müraciət Etmək Olar

Xırman MMC

Xırman MMC

Other

Xırman MMC Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən şirkətdir və 1997-ci ildən etibarən müxtəlif gündəlik qida məhsullarının istehsalı ilə bazarda öz yerini tutmuşdur. Şirkət un, çörək məmulatları, qatılaşdırılmış süd, bitki yağları və digər məhsullar istehsal edir və istehlakçılar arasında keyfiyyətli məhsulları ilə tanınır. Məhsulları həm ölkə daxilində, həm də xarici bazarlarda, o cümlədən Türkiyə, Gürcüstan, İran və Liviya kimi ölkələrə ixrac edilmişdir. Xırman MMC-nin baş ofisi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir və şirkət son illərdə fəaliyyətini modern istehsal texnologiyaları ilə davam etdirir. Qeyd etmək lazımdır ki, müəssisənin buğda unu emalı zavodunda bəzi keyfiyyət və gigiyena standartları ilə bağlı yoxlamalar aparılmışdır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11455

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya