Middle PHP / Fullstack Developer (Proqramçı)

Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 - 2.000 AZN

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 23 may 2026

Təsvir

"Proweb Solutions" şirkətinə Middle Level PHP / Fullstack Developer axtarılır

Şirkətin əsas layihələri Laravel üzərində qurulur və namizəd bu layihələrin inkişafı, dəstəklənməsi və optimizasiyasında iştirak edəcək

Üstünlük sayılan bilik və təcrübələr:

ERP və iş idarəetmə sistemləri ilə iş təcrübəsi

E-commerce platformalarının hazırlanması üzrə təcrübə

Docker, Podman, Kubernetes, LXC, Containerd kimi container texnologiyalarından ən az birində təcrübə

Node.js və ya Python ilə iş təcrübəsi

Socket texnologiyaları ilə bağlı təcrübə

Layihənin sıfırdan qurulması, arxitekturasının planlanması və serverə deploy edilməsi təcrübəsi

Fərqli texnologiyalar və servislərlə işləmə təcrübəsi

Biz nə təklif edirik:

Laravel əsaslı real və uzunmüddətli layihələrdə iştirak imkanı

Böyüyən və daha kompleks layihələrdə texniki rol alma imkanı

Layihənin arxitekturası, texnologiya seçimi və deploy prosesində iştirak etmək imkanı

Fərqli servislər, API-lar və database-lərlə işləmə təcrübəsi

Server və sistem səviyyəsində inkişaf imkanı

Peşəkar inkişaf və texniki qərarvermədə iştirak mühiti

İş şəraiti:

Həftə içi 5 gün

İş saatı: 09:45 dan-18:00 dək

Şənbə: hibrid iş rejimi (zərurət olduqda)

Əmək haqqı:

1500 - 2000 AZN

Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq

Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Middle PHP / Fullstack Developer” qeyd etməklə hr@proweb.az elektron ünvanına göndərmələri xahiş olunur; seçim mərhələsinin növbəti addımları üçün yalnız vakansiya meyarlarına uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

İş haqqında

PHP və Laravel ilə real iş təcrübəsi

Core PHP bilikləri

Design pattern yanaşmalarına yaxşı səviyyədə hakim olmaq

OOP, MVC və SOLID prinsiplərinə yaxşı səviyyədə hakim olmaq

Təmiz, səliqəli və anlaşılan kod yazmaq bacarığı

Problem həll etmə və analitik düşünmə qabiliyyəti

Verilənlər bazası ilə iş təcrübəsi, mürəkkəb və optimallaşdırılmış sorğular yazmaq bacarığı

REST API-ların hazırlanması və inteqrasiyası üzrə təcrübə

3-cü tərəf API-ların (payment, SMS, email, və s.) inteqrasiyası üzrə təcrübə

HTML, CSS, JavaScript və Bootstrap ilə rahat işləmə bacarığı

Git ilə işləmə təcrübəsi

Linux / Ubuntu server mühiti ilə işləmə təcrübəsi

Server, hostinq, deploy və texniki sazlama prosesləri haqqında anlayış

Kod analizi və mövcud sistemi davam etdirmə bacarığı

Yeni texnologiyaları öyrənməyə açıq olmaq və lazım olduqda tətbiq edə bilmək.

Tələblər

Mövcud layihələrdə yeni funksionallıqların hazırlanması və texniki təkmilləşdirmələr

3-cü tərəf servislər və API-larla inteqrasiyaların hazırlanması

Lazım olduqda layihənin texniki arxitekturasının qurulması və uyğun texnologiyaların seçilməsi

Layihənin yazılması, serverə yerləşdirilməsi, deploy və texniki sazlama proseslərində iştirak.

Necə Müraciət Etmək Olar

Proweb proqram təminatı şirkəti

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13836

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

B2B satış meneceri

Tam Ştat

Performans gözləntiləri: Aktiv sahə satış fəaliyyətinin davamlı aparılması Müntəzəm olaraq şirkətlərlə görüşlərin təşkili və idarə olunması Satış hədəflərinə uyğun nəticələrin əldə olunması Şirkətin daxili satış standartlarına və KPI sisteminə riayət edilməsi Satış portfeli: QRGate sistemi (əsas fokus onlayn məhsul) Korporativ proqram təminatları Hazır SaaS məhsullar Müştəriyə uyğun hazırlanmış fərdi həllər Əmək haqqı və bonus sistemi: 15 günlük sınaq müddəti və ilkin təlim prosesi Sınaq müddəti ərzində ödəniş Sınaq müddətindən sonra sabit əmək haqqı Satış nəticələrinə əsaslanan bonus sistemi Yüksək performansa görə əlavə mükafatlandırma Karyera inkişafı və maaş artımı perspektivi Fix əmək haqqı 1500 AZN (hədəfə çatıldıqda satışdan əlavə faiz) İş rejimi: Həftə içi: 5 gün (B.e – Cümə) İş saatı: 10:00 dan–18:00 dək Şənbə: Hibrid iş rejimi Rəsmi istirahət günləri qanunvericiliyə uyğun Qısa müddət ərzində beynəlxalq bazara çıxış imkanları Şirkətin digər yüksək məbləğli məhsullarının satışından əlavə qazanc imkanı Aylıq və illik bonus sistemləri Yüksək gəlir potensialı və performans əsaslı inkişaf Dinamik və nəticə yönümlü iş mühiti Müraciət: CV-lərinizi aşağıdakı e-mail ünvanına göndərin: hr@proweb.az Mövzu: “QRGate Satış Meneceri” İş haqqında Qrgate məhsulu haqqında və “Proweb” şirkət haqqında internetdən ətraflı məlumat alınması Satış sahəsində minimum 1-3 il təcrübə (B2B üstünlükdür) Aktiv satış və müştəri cəlb etmə bacarığı Sahə satışında işləməyə hazır olmaq (ofisdən kənar aktiv fəaliyyət) Güclü ünsiyyət və təqdimat bacarığı Analitik düşüncə və nəticə yönümlü yanaşma CRM və ERP sistemləri ilə işləmə bacarığı Google məhsulları (Docs, Sheets, Drive) ilə rahat işləmə bacarığı Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır Yüksək məsuliyyət və özünüidarəetmə.

Bakı