Mexaniki Sistemlər üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
AzParking MMC komandasına Mexaniki sistemlər üzrə mühəndis axtarır. Siz də yanğın söndürmə və havalandırma sistemlərini yaxşı tanıyırsınızsa, texniki sənədlər ilə işləməyi sevirsinizsə və şirkətimizdə inkişaf edərək real layihələrdə iştirak etmək istəyirsinizsə bu vakansiya məhz sizin üçündür.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: 5 günlük iş rejimi (həftəiçi 09:00–18:00)
Əsas Vəzifə Öhdəlikləri:
Avtomatik yanğınsöndürmə və siqnalizasiya, havalandırma və tüstü sovurma sistemlərinin layihələndirilməsi prosesinin təşkil edilməsi
Layihələrin yerli qanunvericilik, beynəlxalq standartlar (NFPA, EN və s.) və yanğın təhlükəsizliyi qaydalarına uyğun hazırlanmasının təmin edilməsi
Avtomatik yanğınsöndürmə və siqnalizasiya sistemlərinin quraşdırılması, test edilməsi və texniki baxış işlərinə nəzarət edilməsi
Yanğınsöndürmə nasosları, su təchizat sistemləri və digər avadanlıqların seçilməsi və keyfiyyətinə nəzarət edilməsi
Tüstü sovurma və havalandırma sistemlərində yaranan mexaniki nasazlıqların təhlili və operativ həll edilməsi
Havalandırma sistemlərinin yanğın siqnalizasiya sistemləri ilə inteqrasiyasının təmin edilməsi
Bütün sistemlərin düzgün işləməsi üçün dövri texniki müayinələrin aparılmasının təmin edilməsi
Quraşdırılmış sistemlərin beynəlxalq və yerli standartlara uyğun sertifikatlaşdırılması prosesinin təşkil edilməsi
Keyfiyyətli materialların seçilməsi, alınan avadanlıq və materialların texniki tələblərə uyğunluğunun yoxlanılması
Görülən işlər, testlər və sistemlərin vəziyyəti ilə bağlı mütəmadi texniki hesabatların hazırlanması
Daxili və xarici yoxlamalarda iştirak edilməsi; aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması
Mövcud sistemlərin təkmilləşdirilməsi və ən son texnologiyaların tətbiqi üçün təkliflərin hazırlanması
Tələblər
Ali təhsil (Mexanika mühəndisliyi və ya analoji ixtisas)
Minimum 3 il aidiyyəti vəzifələrdə iş stajı
"Yanğın təhlükəsizliyi haqqında" AR Qanunu və beynəlxalq yanğın təhlükəsizliyi normativləri (NFPA, EN və s.) üzrə bilik
Avtomatik yanğınsöndürmə sistemləri (sprinkler, təzyiqli su) və yanğın siqnalizasiya sistemlərinin işləmə prinsiplərini bilmək
Havalandırma və tüstü sovurma sistemlərinin quraşdırılması və iş prinsiplərini bilmək
Yüksək təşkilatçılıq, problemhəlletmə, qərvermə və ünsiyyət qabiliyyəti
Üstünlük olan texniki biliklər:
FM200 / NOVEC1230
Fire Sprinkler Systems
HVAC Sistemləri
AHU / Chiller / Boiler
AutoCAD
FIDIC Müqavilələri
Biz nə təklif edirik:
Rəqabətədavamlı əmək haqqı sistemi
Korporativ mədəniyyətə sahib iş mühiti
Push30 proqramından yararlanmaq imkanı
Peşəkar inkişaf üçün imkan
Qeyd olunan tələblərə cavab verən namizədlər qeyd olunan elektron poçt ünvanına “Mexaniki sistemlər üzrə mühəndis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AzParking MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17688
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə