Metropolitan Apartments / Xadimə

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 20 iyun 2026

Təsvir

“Bakı Metropoliteni” QSC-nin nəzdində fəaliyyət göstərən Metropolitan Apartments komandamıza qoşulmaq üçün Xadimə axtarırıq!

Vəzifənin əsas məqsədi

  • Qonaqlara yüksək xidmət keyfiyyətinin təqdim olunmasını təmin etmək məqsədilə mənzillərin və ümumi istifadə sahələrinin təmizliyinin, səliqəsinin və gigiyenik vəziyyətinin müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil edilməsi.

Əsas vəzifə öhdəlikləri

  • Mənzil tipli otaqların təmizliyinin həyata keçirilməsi;

  • Yataq dəstlərinin dəyişdirilməsi və otaqların qonaq qəbuluna hazırlanması;

  • Hamam-sanitar qovşaqlarının gigiyenik qaydalara uyğun təmizlənməsi;

  • Ümumi istifadə sahələrinin təmiz və səliqəli saxlanılması;

  • Təmizlik vasitələri və inventarların düzgün istifadəsinin təmin edilməsi;

  • Aşkar olunan texniki nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;

  • Müəssisədaxili sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına riayət olunması.

Namizədə dair tələblər

  • Otel, istirahət mərkəzi və ya oxşar sahədə iş təcrübəsi;

  • Təmizlik və gigiyena qaydaları barədə bilik;

  • Səliqəlilik və məsuliyyətlilik;

  • Komandada işləmək bacarığı;

  • Fiziki cəhətdən aktiv iş rejimində çalışmaq bacarığı;

  • Nizam-intizamlı və diqqətli olmaq;

  • Qonaqlarla etik davranış qaydalarına riayət etmək.

Metropolitan Apartments Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;

  • Metropolitendən ödənişsiz istifadə imkanı;

  • “Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güzəştli xidmət imkanları;

  • Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;

  • Psixoloji dəstək xidməti.

  • Qara Qarayev metro stansiyasından nəqliyyat servis xidməti.

İş yeri - Bilgəh - Metropolitan Apartments

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5463 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

Necə Müraciət Etmək Olar

Bakı Metropoliteni

Bakı Metropoliteni

Other

Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17711

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Qatar maşinistliyi üzrə peşə təcrübə proqramı

Tam Ştat

Bakı Metropoliteni Qatar maşinistliyi üzrə peşə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq! Karyerana güclü start ver — Təcrübə proqramı sayəsində gələcəkdə 4-cü dərəcəli qatar maşinisti kimi 1510 AZN əmək haqqı almaq  imkanına yüksəl. Proqram sizə nə qazandıracaq? 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə minimum aylıq əmək haqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı Ətraflı müsahibə Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər ​​​​​​​​​​​​​​​​​​​​​Metropoliten sizə nə vəd edir? Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə Nahar (güzəştli) Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5412  müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!

Elektrik təchizatı üzrə təcrübə proqramı

Tam Ştat

Bakı Metropoliteni Elektrik təchizatı üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq! Elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin bu sahədə praktiki bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür. Proqram sizə nə qazandıracaq? 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə aylıq əməkhaqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər Təhsili elektrik mühəndisi, elektroenergetika,  avtomatika -proseslərin avtomatlaşdırılması  üzrə olan məzunlar Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı Ətraflı müsahibə Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər Metropoliten sizə nə vəd edir ? Metropolitendən ödənişsiz istifadə Nahar (güzəştli) Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə  https://hr.metro.gov.az/vacancy/5416  müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!