Məsləhətçi
Bakı
Tam Ştat
Orta Səviyyə
500 - 600 AZN
Yerləşdirilib 9 mart 2026
Son Tarix: 18 aprel 2026
Təsvir
BAKVISTA MMC olaraq komandamıza ofisdə çalışacaq xanım əməkdaş axtarırıq.
ŞİRKƏT HAQQINDA:
BAKVISTA MMC, psixoloq, diyetoloq və məsləhətçiləri danışanlarla birləşdirən onlayn platformadır. Türkiyə ve Azərbaycan’da aktiv fəaliyyət göstəririk.Süretle planlanan ölkelerde fəaliyyəte keçilir. Platformamız vasitəsilə danışanlar onlayn və üz-üzə məsləhətçilik xidmətlərinə asanlıqla çata bilirlər. Biz həmçinin xəstə transferi (hasta yönləndirmə) xidmətləri də təqdim edir, müxtəlif ölkələrdəki partnyorlarımızla əməkdaşlıq edirik.
İş şəraiti:
Tam ştat, ofisdə iş
İş saatı: 09:00 dan-18:00 dək (bazar ertəsi - cümə)
Rəqabətqabiliyyətli əmək haqqı (müsahibədə razılaşdırılır)
Gənc və dinamik komandada işləmək imkanı
Peşəkar inkişaf imkanları
Beynəlxalq şirkətdə təcrübə qazanmaq fürsəti.
İş haqqında
Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı
Kompüter bilikləri (MS Office proqramları, xüsusilə Excel və Word)
Ünsiyyət bacarığı yüksək, nezakətli və səbirli olmaq
Təşkilatçılıq qabiliyyəti və detallara diqqət
Çoxşaxəli iş mühitində işləmə bacarığı
Müştəri xidmətləri və ya ofis işlərində təcrübə arzuolunandır.
Tələblər
Telefon və Müştəri Xidmətləri:
Şirkətə gələn zəngləri cavablandırmaq və müştəriləri istiqamətləndirmək
Müştərilərlə effektiv ünsiyyət qurmaq və onların sorğularını idarə etmək
Potensial danışanlara platformamız, xidmətlərimiz və qeydiyyat prosesi haqqında məlumat vermək
Sosial Media və Onlayn Sorğular:
Sosial mediadan (Instagram, Facebook, WhatsApp, Telegram) gələn sualları cavablandırmaq
Şablon cavablardan kənar suallar üçün müvafiq departamentlərə istiqamətləndirmə aparmaq
Onlayn qeydiyyat prosesində köməklik göstərmək
Sənəd Dövriyyəsi və Formlar:
Müşteri transferi üçün daxil olan formaları qəbul etmək və yoxlamaq
Partnyorlardan və digər ofislərimizdən daxil olan formları müvafiq departamentlərə çatdırmaq
Formaların və sənədlərin təqibini təmin etmək, cavablandırılma prosesini izləmək
Məsləhətçi qeydiyyat formalarını və danışan qeydiyyat sənədlərini idarə etmək
Qeydiyyat və Məlumatlandırma:
Yeni danışanlara və məsləhətçilərə qeydiyyat prosesi barədə addım-addım təlimat vermək
Qeydiyyat üçün tələb olunan sənədlər haqqında məlumatlandırma aparmaq
Online məsləhətçilik xidmətləri və platformadan istifadə qaydaları barədə sualları cavablandırmaq
Partnyorlarla Əlaqə:
Partnyor şirkətlərdən gələn sorğuları qəbul etmək və müvafiq şöbələrə çatdırmaq
Partnyorlarla yazışmaları aparmaq və təqib etmək
Digər ofislərimizlə koordinasiyanı təmin etmək
Digər Ofis İşləri:
Daxili və xarici sənəd dövriyyəsini idarə etmək
Ofis işlərinin təşkilində köməklik göstərmək
Görüş və tədbirlərin təşkilində dəstək olmaq.
Necə Müraciət Etmək Olar
BAKVISTA MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10762
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə