Mərkəzləşmiş Kredit Satışı üzrə Kiçik İşçi/İşçi(Biznes və təsərrüfat kreditləri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 21 may 2026
Təsvir
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Mərkəzləşmiş Kredit Satışı üzrə Kiçik İşçi (Biznes və təsərrüfat kreditləri) vəzifəsini elan edir.
Rol haqqında
Kredit Satışı üzrə İşçi hədəf qrupda olan müştərilər ilə əlaqə saxlayaraq onlara kredit məhsulları barədə məlumat verəcək, müştərilərin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləği və şərtlərini müəyyən edəcək, müştərilərin kredit ilə bağlı suallarını cavablayacaq, kreditin təsdiqlənməsi üçün lazımi sənədləşməni hazırlayacaq məsul şəxsdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq uyğun kredit məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini izah etməklə kredit satışını həyata keçirtmək
Müştərinin cari kredit məlumatları və sahib olduğu biznes növü ilə tanış olmaq və bu məlumatları yeni kreditin verilməsində istifadə etmək
Müştərinin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləğinin təyin olunması, məhsula uyğun şərtlər əsasında sənədləşməni həyata keçirtmək və kredit təsdiqi üçün təqdim etmək
Müştəri kreditdən imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FINCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə əvvəldən təyin olunmuş vaxtlarda təkrar əlaqə saxlayaraq kredit təklif etmək
Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və bu məlumatları kreditin verilməsi prosesində istifadə etmək
Tələblər
Namizəddən gözləntilərimiz:
Təhsil və Təcrübə:
Ali təhsil – Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə.
Təcrübə tələb olunmur.
Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq.
Bacarıqlar:
Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olma
Analitik düşüncə qabiliyyəti
Vaxtı idarəetmə bacarığı
Komanda ilə iş bacarığı
Necə Müraciət Etmək Olar
FINCA Azerbaijan
Finance
FINCA Azerbaijan Azərbaycanda fəaliyyət göstərən beynəlxalq mikromaliyyə təşkilatıdır və əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində xidmət göstərir. FINCA şəbəkəsi dünya üzrə bir çox ölkədə fəaliyyət göstərir və Azərbaycanda fərdi sahibkarlar, mikro bizneslər və regionlarda fəaliyyət göstərən müştərilər üçün kredit və maliyyə həlləri təqdim edir. Şirkət fəaliyyətində maliyyə əlçatanlığı, sosial məsuliyyət və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. FINCA Azerbaijan kredit məhsulları ilə yanaşı rəqəmsal maliyyə xidmətlərinin inkişafına da diqqət yetirir və sahibkarların bizneslərini inkişaf etdirmələrinə, iqtisadi aktivliyin və maliyyə inklüzivliyinin artırılmasına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16935
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200