Ana Səhifə
Vakansiyalar

Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı (Bakı və Şamaxı)

Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı (Bakı və Şamaxı)

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 23 yanvar 2026

Təsvir

**İş yeri:**Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (Bakı və Şamaxı üzrə)

Əməkhaqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələblər

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Orta ixtisas tibb təhsili;

  • Sahə üzrə 1 il iş təcrübəsi;

  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);

  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:

  • Operativlik

  • Təmkinlilik

  • Məsuliyyətlilik

  • İntizamlılıq

  • Ünsiyyət bacarığı.

İşin təsviri:

  • Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;

  • Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;

  • Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;

  • Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;

  • Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.

Əlavə qeydlər: İş qrafiki: növbəli

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV göstərilən elektron poçt ünvanına göndərilməlidir;

  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri **(RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;

  • CV-lər 05.01.2026-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3824

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə