Ana Səhifə
Vakansiyalar

Merçendayzer (MyGrocery MMC)

Merçendayzer (MyGrocery MMC)

Bakı

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 26 yanvar 2026

Təsvir

Vəzifələr və məsuliyyətlər:

  • Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək;

  • Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək;

  • Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək;

  • Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq;

  • Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;

  • Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək;

  • Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək;

  • Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək;

  • Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

Tələb edilən bacarıqlar və təhsil:

  • Orta ixtisas və ya ali təhsil (satış, marketinq, biznesin idarə edilməsi və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);

  • Müvafiq sahə üzrəminimum 2–3 il iş təcrübəsi;

  • Ofis proqramlarından (MS Excel, Word və s.) istifadə bacarığı;

  • Satış nöqtələrində məhsulların sərgilənmə texnikaları üzrə biliklər;

  • Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı;

  • Dəyişkən iş mühitinə adaptasiya qabiliyyəti;

  • Daxili nizam-intizam qaydalarına əməl etmə bacarığı;

  • Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq.

İş şəraiti:

  • Əmək haqqı: 800 AZN

  • İş qrafiki: I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazar

  • İş yeri: H. Əliyev pr. 152, Çinar Plaza

Uyğun namizədlər CV-lərini göstərilənelektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

My Group Holding MMC

My Group Holding MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3766

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya