Ana Səhifə
Vakansiyalar

Merçendayzer (My Grocery MMC)

Merçendayzer (My Grocery MMC)

Bakı

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 4 fevral 2026

Təsvir

Vəzifə: Merçendayzer (MyGrocery MMC)

  1. Vəzifələr və məsuliyyətlər:

  • Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək;

  • Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək;

  • Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək;

  • Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq;

  • Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;

  • Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək;

  • Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək;

  • Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək;

  • Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
    Əmək haqqı: 800 AZN
    İş qrafiki: I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazar
    İş yeri: H. Əliyev pr. 152, Çinar Plaza

Uyğun namizədlər CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.

Tələblər

İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : -
Tələb edilən bacarıqlar və təhsil:

  • Orta ixtisas və ya ali təhsil (satış, marketinq, biznesin idarə edilməsi və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);

  • Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;

  • Ofis proqramlarından (MS Excel, Word və s.) istifadə bacarığı;

  • Satış nöqtələrində məhsulların sərgilənmə texnikaları üzrə biliklər;

  • Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı;

  • Dəyişkən iş mühitinə adaptasiya qabiliyyəti;

  • Daxili nizam-intizam qaydalarına əməl etmə bacarığı;

  • Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3767

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya