Merçendayzer
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
Tam orta və ya orta ixtisas təhsili
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Təqdimat və müştəri narazılıqlarını effektiv həll etmə bacarığı
Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı
İntizamlı və məsuliyyətli olmaq
Əsas vəzifə və öhdəliklər:
Təyin olunmuş gündəlik marşrut (rut) üzrə satış nöqtələrini ziyarət etmək
Marketlərdə məhsulların rəflərdə mövcudluğunu yoxlamaq və planograma uyğun düzülməsini təmin etmək
Məhsulların son istifadə tarixlərinə və xarici görünüşünə nəzarət etmək
Rəflərdə məhsul qalıqlarını izləmək və çatışmazlıqlar barədə məlumat vermək
Satış nöqtələrində məhsul çeşidinin tamlığını yoxlamaq
Şirkət məhsullarını düzgün şəkildə yerləşdirmək və brend standartlarına uyğun təmsil etmək
POS materialların (reklam materiallarının) düzgün yerləşdirilməsini təmin etmək
Qiymət etiketlərinin düzgünlüyünə və aktuallığına nəzarət etmək
Rəqib məhsulların qiymət və yerləşdirilməsini izləmək (monitorinq aparmaq)
Vitrinlərin və rəflərin fotoşəkillərini çəkərək hesabat təqdim etmək
Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə vaxtında məlumat vermək
Satışın artırılması üçün təkliflər irəli sürmək
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün (08:00 – 17:00)
Korporativ mobil nömrə ilə təmin edilir.
Əmək haqqı: 700 azn + yol pulu
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Merçendayzer” qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər
Əlaqə
+994 55 5102202
+994 55 2026102
Necə Müraciət Etmək Olar
Mister Tum
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14653
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə