Menecer Köməkçisi

Bakı,, N.Yusifbəyli, küç.42C

Tam Ştat

Menecer

600 AZN-dən

Yerləşdirilib 14 may 2026

Son Tarix: 30 may 2026

Təsvir

İş barədə məlumat:
Şirkətimizin gündəlik əməliyyatlarının idarə olunmasında, satış prosesinin təşkilində və müştəri məmnuniyyətinin qorunmasında aktiv rol alacaq, dinamik və məsuliyyətli Menecer köməkçisi axtarırıq.

Əsas Öhdəliklər:

  • Məhsul biliyi və müştəri təqdimatı: Məhsulları yaxından tanımaq, onların xüsusiyyətləri və üstünlükləri barədə dəqiq biliklərə sahib olmaq, rəqib məhsullarla müqayisəli analiz aparmaq və qonaqları peşəkar şəkildə qarşılayaraq düzgün məlumat təqdim etmək bacarığı;

  • Satışdan Sonra Dəstək: Satışdan sonrakı prosesləri idarə etmək, müştəriləri çatdırılma və quraşdırılma barədə məlumatlandırmaq;

  • Ofis və Vitrin İdarəçiliyi: Ofis daxili işlərin koordinasiyası, vitrindəki məhsulların düzülüşünə, qiymət etiketlərinə və təmizliyinə nəzarət etmək;

  • Hesabatlılıq: Müştərilər üçün kommersiya təkliflərinin hazırlanması. Satış hesabatlarının hesablanması

  • Rəqəmsal Ünsiyyət: Şirkətə gələn mesajların vaxtında və peşəkar şəkildə cavablandırılması.

Namizədə dair tələblər:
Təhsil: Ali təhsil (mütləqdir);

Yaş həddi: 20 - 30 yaş;

Proqram bilikləri: MS Office (xüsusilə MS Excel və MS Word) proqramlarında sərbəst işləmək bacarığı;

Analitik düşüncə: Çevik qərarvermə və analitik zəka;

Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət qurmaq bacarığı, detallara qarşı diqqətlilik və komandada işləmək qabiliyyəti.

İş şərtləri:

  • Əmək haqqı: 600 AZN-dən başlayaraq (namizədin bilik və bacarıqlarına uyğun olaraq artan qrafiklə);

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

İş günləri :  həftənin 6 günü

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16135

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya