Memar-dizayner

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 31 mart 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

2020-ci ildə qurulan şirkətimiz, tikinti materialları sahəsində sürətlə lider mövqeyə yüksəlir. Keyfiyyət, etibarlılıq və innovasiyaya fokuslanaraq, üç əsas müəssisə vasitəsilə fəaliyyət göstəririk: "Himalay 2022", "Himalay Beton" və "Luxoil Company". Tikinti sahəsindəki bölmələrimiz Bakıdakı qabaqcıl beton istehsalı müəssisələri ilə tanınır və regiondakı böyük layihələri yüksək keyfiyyətli materiallarla təmin edir. Biz innovasiya və davamlı inkişaf yolu ilə böyüməyə davam edərək, həm regional, həm də beynəlxalq bazarlarda genişlənməyi hədəfləyirik.

Vəzifə öhdəlikləri:

  • Tikinti və ya memarlıq layihələrinin texniki tələblərinin müəyyən edilməsi və icrasına nəzarət;

  • Layihə üzrə iş həcmlərinin hesablanması və smetaların hazırlanmasında iştirak;

  • Tikinti sahəsində görülən işlərin gündəlik monitorinqi və keyfiyyətə nəzarətin təmin edilməsi;

  • Sahədə yaranan texniki problemlərin operativ şəkildə həll edilməsi;

  • Təmir-tikinti və konstruksiya işlərinin norma və qaydalara uyğun təşkilinə nəzarət;

  • Layihə üzrə bütün texniki sənədlərin hazırlanması və idarə olunması;

  • F-2, F-3, F-29 formaları, qüsur aktları və gizli iş aktlarının düzgün şəkildə tərtib olunması;

  • Obyekt üzrə ölçü işlərinin aparılması və texniki göstəricilərin qeydiyyatı;

  • Layihələrin AutoCAD və digər proqramlar vasitəsilə hazırlanması və redaktəsi;

  • Layihə sənədlərinin aidiyyəti qurumlara təqdim edilməsi və razılaşdırılması prosesində iştirak;

  • Tikinti prosesində mühəndis və digər aidiyyəti şəxslərlə koordinasiyalı işləmək;

  • İşlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi.

Tələblər

  • Ali təhsil (müvafiq sahədə);

  • Baş memar vəzifəsində iş təcrübəsi (5 il);

  • Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit, SketchUp, Adobe, 3DsMax və s. ;

  • Tikinti norma və qaydalarına dair biliklər;

  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri; Novxanı qəsəbəsi

  • İş rejimi: 5 gün / 09:00 – 18:00; 6gün / 09:00 – 15:00;

  • Nahar fasiləsi: 13:00 – 14:00;

  • Əmək haqqı İşçinin bilik səviyyəsinə görə razılaşma əsasında qərar veriləcək

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Tələblərə uyğun olan namizədlər müraciət etmək üçün qeyd olunan elektron poçt ünvanına cv-lərin yönləndirə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12256

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya