Memar
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 may 2026
Son Tarix: 13 may 2026
Təsvir
**İş rejimi:**6 günlük
Əmək haqqı: Razılaşma əsasında
Biz, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olaraq, premium yaşayış kompleksləri və iri miqyaslı layihələrin uğurla həyata keçirilməsi üzrə ixtisaslaşmışıq. Yüksək keyfiyyət standartlarına sadiq qalaraq, layihələrimizin hər mərhələsində peşəkar yanaşma tətbiq edirik.
Bu istiqamətdə komandamıza təcrübəli Memar axtarışındayıq.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Memarlıq layihələrinin konseptual həllərinin hazırlanması və inkişaf etdirilməsi
İşçi layihələrin (plan, kəsik, fasad və detalların və s.) hazırlanması və optimallaşdırılması
Layihələrin mövcud normativlərə, tikinti qaydalarına və texniki standartlara uyğunluğunun təmin edilməsi
Layihənin bütün mərhələlərində (eskiz, layihə, icra) iştirak və koordinasiya
Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi və sahə komandası ilə sıx əməkdaşlıq
Layihələrin vaxtında və keyfiyyətlə tamamlanmasının təmin edilməsi
Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi
Layihə üzrə memarlıq həllərinin düzgün tətbiqinə nəzarət
NAMİZƏDƏ TƏLƏBLƏR:
Memarlıq sahəsində ali təhsil
Minimum 4 il müvafiq iş təcrübəsi
Uğurla tamamlanmış və təhvil verilmiş layihələr (portfolio mütləqdir)
AutoCAD, Revit, SketchUp/3Ds Max proqramlarında yüksək səviyyədə bilik
Analitik düşüncə, detallara diqqət və nəticəyönümlülük
Komanda ilə işləmə və məsuliyyətli yanaşma
Kişi namizədlərə üstünlük verilir
Yalnız tələblərə uyğun namizədlərə dönüş ediləcəkdir. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilər.
Necə Müraciət Etmək Olar
Silent Park MTK
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15624
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə