Ana Səhifə
Vakansiyalar

Məlumat xidmətləri üzrə assistent

Məlumat xidmətləri üzrə assistent

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 22 yanvar 2026

Təsvir

  • Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək;

  • Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək;

  • Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək;

  • Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq. Həmçinin tədbirlər zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq;

  • Qonaqlarla üz-üzə, telefon və electron poçt vasitəsi ilə təmasda olmaq;

  • Qonaqların sorğularına vaxtı-vaxtında cavab vermək;

  • Qonaqların şikayətlərini həll etmək;

  • Qonaqların sorğularını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq;

  • Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək;

  • Sorğular, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək;

  • Daxili şöbələrlə təmasda olmaq;

  • Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək;

  • Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.).

Tələblər

  • Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarığı;

  • Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiyyət qurmaq bacarığı;

  • Güclü iş etikası;

  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq;

  • MS Office proqramları ilə işləyə bilmək;

  • Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və güclü təşkilatçılıq bacarıqları;

  • Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı;

  • Detallara diqqət və problemləri həll etmək bacarığı;

  • Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı;

  • Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları;

  • İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5176

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə