Ana Səhifə
Vakansiyalar

Məlumat bazalarının idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis (Logo istiqaməti)

Məlumat bazalarının idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis (Logo istiqaməti)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 8 yanvar 2026

Təsvir

Struktur: Daxili Nəzarət Departamenti/ Müəssisə Resurslarının Planlaşdırılması Şöbəsi

Əsas vəzifə öhdəlikləri:

  • Tiger Enterprise sistemində çıxan texniki problemlərin vaxtında həll edilməsi;

  • Maliyyə departamentinə və müvafiq aidiyyatı strukturlara Tiger Wings Enterprise sistem tərəfindən dəstək verilməsi;

  • T-SQL vasitəsi ilə Sistemdə olmayan hesabatların sistemə əlavə edilməsi, hazırlanması və lazım olmayan hesabatları sistemdən çıxarılması;

  • Excel vasitəsilə analitik hesabatların hazırlanması;

  • Yeni Logo istifadəçiləri üçün proqram təminatının edilməsi;

  • Proqramda çıxan problemlərin vaxtında həll edilməsi;

  • Proqramla bağlı dəyişikliklərin proqnozlaşdırılmasını işləyib hazırlamalı;

  • Aidiyyatı strukturlardan gələn təkliflər üzrə proqramda dizayn, hesabat və s. əlavələr edilməsi.

Əsas vəzifə öhdəlikləri:

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il.

  • Təhsili/ixtisası: Ali təhsil (İnformatika, proqram, sistem və ya şəbəkə)

  • Bacarıqlar:  Ms. Office (Excel biliyi yüksək səviyyədə olmalıdır), Logo, SQL/T-SQL

  • Dil bilikləri: İngilis və Rus dili və Türk dili

  • Əmək müqaviləsi, fəaliyyəti ilə əlaqədar qərarlar, əmrlər, sərəncamlar, göstərişlər və digər normativ sənədləri; müvafiq qayda və təlimatları, sənədlərin kargüzarlıq proseduralarına uyğun hazırlanma qaydasını;

  • Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat    metodikasını bilməli;

  • Domain server, virtual server, terminal server və MS SQL Serverdə  işləmək bilikləri;

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğından mühafizə, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarını;

  • Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir;

İş şərtləri:

  • İş rejimi: 5 gün 09:00 – 18:00

  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Məlumat bazalarının idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis (Logo istiqaməti)" başlığı altında göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2951

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təchizat üzrə mütəxəssis

Tam Ştat

Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Təchizat üzrə mütəxəssis” Əmək funksiyası: Texniki Avadanlıqlar Zavoduna lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili ,müqavilələrin bağlanması işlərində iştirak edir; Daxili və xarici bazarı araşdırır, danışıqlar aparır, lazımi informasıyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır; Alınacaq malların sifarişini hazırlayır və Təchizat şöbə rəisinə təqdim edir; Ödəmə planlarının hazırlanması və izlənilməsi; Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq qaimə-fakturanın göndərilməsini tələb edir; Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır; Malların yüklənməsi, yola düşməsi tarixlərini va digər lazımi məlumatları logistika şöbəsinə təqdim edir; Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir; Yükləmədən sonra malların lazımi keyfiyyət standartlarına cavab verən sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir; Mal göndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda mal göndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir; Mallarda hər hansı bir çatışmazlıq (miqdar, çesid, keyfiyyət) aşkar olunarsa satınalma şöbəsinin müdirinə məlumat verməli və bağlanmış müqaviləyə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun tədbirlər görməlidir; Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil etməlidir və əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlamalı va bütün işlərə nəzarət etməlidir; Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil etməlidir; Şirkətin etibarının görünməsini, kommersiya sirrinin saxlanmasını təmin etməlidir; Şirkətin strukturu va idarə etmə prinsiplərini öyrənməli, subardinasiya etika qaydalarına riayət etməlidir; Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirməlidir; Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər gün rəhbərinə hesabat  verir; Aylıq hesabatın hazırlanaraq şöbə rəisinə təqdim edilməsi; İllik tədarükçülərlə üzləşmə aktlarının hazırlanması; Bilməlidir: Təchizat ilə bağlı milli və beynəlxalq qanunvericiliyi; Mülki məcəllənin əsaslarını; Təchizat ilə bağlı hüquqi-normativ sənədləri; Fəaliyyəti ilə əlaqadar dövlətlərarası və beynəlxalq müqavilələri; Fəaliyyəti ilə əlaqədar qərarlar, əmrlər, sərəncamlar, göstərişlər və digər normativ sənədləri; Müvafiq qayda va təlimatları, sənədlərin kargüzarlıq proseduralarına uyğun hazırlanma qaydası; Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat metodikasını; Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir. İş qrafiki: Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir. İstirahət günü: Şənbə və Bazar günü

Mühasib köməkçisi

Tam Ştat

Struktur: Maliyyə Departamenti/ Mühasibatlıq şöbəsi Əsas vəzifə öhdəlikləri: Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması və sistemə daxil edilməsi; Debitor və kreditor borclarının uçotunun aparılması; Ödəniş tapşırıqlarının hazırlanması və icrasına nəzarət; Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi; Vergi qanunvericiliyinə uyğun hesabatlar üçün məlumatların hazırlanmasında iştirak; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası. Seçim meyarları: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə); MS Office (xüsusilə Excel); Dil bilikləri: İngilis dili (üstünlükdür) Şəxsi və peşəkar bacarıqlar: Analitik düşünmə və analiz etmə qabiliyyəti, məlumatların toplanması və təhlil edilməsi, Yüksək dəqiqlik və məsuliyyət hissi, effektiv ünsiyyət bacarığı, düzgün və vaxtında qərarvermə, Etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə bacarığı, Aktiv öyrənməyə və özünütəkmilləşdirməyə açıq olmaq. İş şərtləri: İş rejimi:  5 gün 09:00 – 18:00 İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir. Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Mühasib köməkçisi" başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur