Ana Səhifə
Vakansiyalar

Məhsullar və Xidmətlər üzrə Mütəxəssis

Məhsullar və Xidmətlər üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

Hazırda şirkətimizə Məhsullar və Xidmətlər üzrə Mütəxəssis axtarırıq.

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilər, potensial müştərilər və üçüncü tərəf şirkətlərlə alqı-satqı müqaviləsi, anlaşma memorandumu və digər növ sənədlərin hazırlanmasının təşkil edilməsi;

  • Müştərilərdən daxil olacaq ödənişlər, kredit xətti və borclara nəzarət edilməsi və ödənişlə əlaqədar problemlərin həlli üçün rəhbərliyə müəyyən təkliflərin təqdim edilməsi;

  • Quyu tamponaj Sementi ilə əlaqədar qəbul olunan bütün şikayətlərin TMS proqramında qeydiyyatının aparılması və şikayətlə əlaqədar şöbələrə yönləndirilməsi;

  • Tamponaj sementinin satışının təşkil olunması üçün əlaqədar şöbələrlə (Satış, İstehsalat, KN və KZ, Logistika) müvafiq əlaqələrin qurulması və satış planının hazırlanması;

  • Quyu tamponaj sementi üzrə satış sifarişlərinin yaradılması və sifarişlərin icra/çatdırılma statusunun izlənilməsi;

  • Quyu tamponaj sementinin dövlət və özəl təşkilatlarda təşkil olunan tenderləri üçün müvafiq sənədlərin hazırlanması və təqdim edilməsi;

  • Tamponaj sementinin müştərilərdə və üçüncü tərəf laboratoriyalarda yoxlanmasının təşkil edilməsi üçün müvafiq nümunələrin hazırlanması, göndərilməsi və əldə olunan nəticələri rəhbərliyə təqdim edilməsi;

  • Şirkət əməkdaşları və üçüncü tərəflər üçün məhsul və xidmətlər üzrə məlumatlandırma təqdimatlarının təşkili və keçirilməsi;

  • Məhsullar ilə bağlı texniki sənədlərin, daxili sertifikatların, spesifikasiyaların və məlumatlarının hazırlanmasında iştirak;

  • Məhsullar üzrə bazarda tələb olunan keyfiyyət sertifikatların/hesabatların müştərilərə təqdim edilməsi;

  • Laboratoriya avadanlıqlarının daimi saz vəziyyətdə olmasının təmin edilməsi;

  • İşlərin səmərəliliyini təmin etmək üçün iş qrafiklərinin hazırlanması;

  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;

  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının  tələblərinə əsasən uyğunluğunu təmin etmək;

  • Laboratoriya əməkdaşlarının laborator avadanlıqlar və sınaqlar haqda biliklərinin artırılması üçün təlimlərin keçirilməsi;

  • Bütün analizləri doğru və etibarlı şəkildə təlimatına uyğun yerinə yetirilməsinə nəzarət etmək, nəticələrini dəyərləndirmək və uyğunluğunu yoxlayıb təsdiqləmək;

  • Məhsulun keyfiyyətinin monitorinqi, keyfiyyət dəyişikliklərinin təhlili və zəruri tədbirlərin təklif edilməsi;

  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi;

  • Laboratoriya və sənaye sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması;

  • Laboratoriya avadanlıqlarının anbardakı sayına nəzarət edilməsi və ehtiyac yarandığı halda yenisinin alınması üçün sifariş verilməsinin təşkili;

  • SAP (MRP) sistemində beton laboratoriyasının ehtiyac duyduğu material və xidmətlər üzrə satınalma tələblərinin yaradılması, rezervasiyaların aparılması və əlaqədar əməliyyatların idarə olunması;

  • Keyfiyyətlə bağlı şikayətlərin araşdırılması, təhlili və həll edilməsi;

  • Tikinti sementi ilə bağlı müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;

  • Hədəf qrupların texniki biliyinin mövcud səviyyəsinin təyin edilməsinə dəstək;

  • Yeni məhsullarla bağlı bazarın monitorinqi (beton və məhlullar üçün xammal);

  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq;

  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi;

  • Yenilənən standartları təlimatlara uyğunlaşdırmaq;

  • Norm məhsullarını və xidmətlərini tanıtmaq məqsədilə reklam fəaliyyətində (tədbirlər, konfranslar və sərgilər) iştirak etmək;

  • Ehtiyac olduğu halda Beton Laboratoriyasında sınaqların icrası;

  • İstehsalçı RMX partnyorları ilə emal müqavilə proseslərinin aparılması və müqavilə şərtlərinin aidiyyəti tərəflərlə koordinasiya edilməsi;

  • İstehsal sahələrindən daxil olan müqavilə, qəbul aktı, elektron qaimə və digər sənədlərin təqdim edilmiş cədvəllər və dəstəkləyici sənədlər əsasında düzgünlüyünün yoxlanılması;

  • Beton zavodun satınalma tələblərinin və emal zavodlarından betonun satınalması üçün satınalma tələblərinin yaradılması;

  • ISO 17025 standartına uyğun prosedur və təlimatların hazırlanması, daxil olan şikayətlərin TMS Pro proqramına daxil edilməsi, araşdırılması və şikayətin bağlanması, avadanlığın illik təmir-baxım planının hazırlanması və plana uyğun işin icrası, kalibrləmə və yoxlama izlənəbilirlilik qeydiyyat cədvəlinə uyğun cihaz və avadanlıqların yoxlamalarının icrasına nəzarət edilməsi nə nəticələrin qiymətləndirilməsi;

  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;

  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Tələblər

  • Tikinti materialları sahəsindən ali bakalavr (və ya magistr) təhsili

  • Quyu Tamponaj sementinin istehsalı və satışının təşkil olunması ilə bağlı ilkin biliklər

  • SAP (MRP) sistemində son istifadəçi səviyyəsində əməliyyatların icra edilməsi

  • Sement, Beton və Aqreqatlarla bağlı bütün mövcud standartlar (EN, ASTM, GOST, APİ və s. kimi)

  • Sement və Beton Laboratoriyasının Avadanlıqlarının istifadə qaydası

  • Laboratoriya avadanlıqlarındakı nasazlıqla bağlı qeydlərə və onların texniki xidmət dövrlərinə nəzarət etmək bacarığı

  • Beton xammal materialları, kimyəvi ara qatlar və ya sement məhsullarından nümunənin götürülməsi və yoxlanılması bilikləri

  • Sement və beton sahəsində ümumi bilik

  • Sement/beton/aqreqatlar/kimyəvi qatqılar üzrə biliklər

Tələb olunan kompetensiyalar

  • Müştəriyönümlülük

  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

  • Bütövlük

  • Yenilikçilik

İmtiyazlar

  • Könüllü tibbi siğorta

  • Servis avtobusu

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18161

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə