Məhsul üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə vəya satınalma sahəsində 2-3 il iş təcrübəsi;
Səlis Azərbaycan, rus və ingilis dilləri biliyi;
Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
Kosmetika və özünə baxım sahələrində təcrübə arzuolunandır;
Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
Analitik düşünmə qabiliyyəti;
Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook), 1C bilməsi arzuolunandır;
İş şəraiti:
İş günləri: I-V gün
İş saatları: 09:00-18:00
Qeyd olunan tələblərə uyğun namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Olivia Beauty & Care
https://olivia.az/
Olivia Beauty & Care müasir kosmetika və baxım məhsulları sahəsində fəaliyyət göstərən şirkət və brenddir. Şirkət “Olivia” adı ilə baxımlı görünüşü, özünə inamı və zərifliyi ön planda tutan müştərilər üçün keyfiyyət, zövq və peşəkarlığı bir araya gətirən məhsullar təklif edir və geniş çeşiddə orijinal kosmetika, dəri və saç üçün qulluq vasitələri, parfümeriya və digər gözəllik məhsullarını təqdim edir. Olivia mağazaları müxtəlif brendlərin məhsullarını münasib qiymətlərlə pərakəndə satışa çıxarır və onlayn sifariş imkanları da təqdim edir. Olivia Beauty & Care multibrend mağazalar şəbəkəsi olaraq Türkiyə, İtaliya, Polşa, Belarus və digər ölkələrdən tanınmış və eksklüziv məhsulları satışa çıxarır və kosmetika sahəsində geniş seçim imkanı yaradır. Şirkət həm qadınlar, həm də kişilər üçün müxtəlif növ şəxsi qulluq vasitələrini təqdim edir və müştərilərə rahat alış təcrübəsi, dözümlü qiymətlər və peşəkar xidmət ilə gözəllik və özünə qulluq mədəniyyətini asan şəkildə əldə etməyə şərait yaradır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18194
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200