Ana Səhifə
Vakansiyalar

Məhsul Meneceri (Product Manager)

Məhsul Meneceri (Product Manager)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 16 yanvar 2026

Son Tarix: 16 fevral 2026

Təsvir

  • Məhsul Meneceri şirkətin dərman məhsullarının tanıtımı, bazarda mövqeyinin gücləndirilməsi və satış hədəflərinin həyata keçirilməsinə cavabdehdir. Bu rolda siz dərman portfelinin idarə olunması, tanıtım strategiyalarının işlənməsi və həyata keçirilməsinə rəhbərlik edəcəksiniz.

Tələblər

  • Tibbi, farmasevtik və ya marketinq sahəsində ali təhsil.

  • Ən azı 2-4 il məhsul idarəçiliyi və ya dərman tanıtımı sahəsində təcrübə.

  • Güclü analitik və strateji düşüncə qabiliyyəti.

  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür).

  • Müştəri yönümlü və yüksək təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Dərman məhsulları üçün marketinq strategiyasının hazırlanması və tətbiqi.

  • Hədəf auditoriya (həkimlər, əczaçılar və apteklər) üçün məhsulun effektiv təqdimatını təmin etmək.

  • Rəqib məhsulların analizini aparmaq və rəqabət üstünlüyünü müəyyənləşdirmək.

  • Həkimlər və apteklərlə tanıtım tədbirləri təşkil etmək.

  • Satış və marketinq komandası ilə birgə məhsulun tanıtımı üzrə strategiyaların hazırlanması.

  • Tanıtım materiallarının və məhsul haqqında məlumatların hazırlanması.

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);

  • Tibbi sığorta və nahar;

  • Peşəkar təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Məhsul Meneceri qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Manufacturing

Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5068

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Logistika və sənədləşmə üzrə mütəxəssis

Tam Ştat

Ali təhsil; Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi; Azərbaycan, rus və ingilis dili bilikləri; Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik. Əmək funksiyaları: Dərman preparatlarının qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi; Müqavilə və sənədlərin tarixlərinin, qaimələrdə qeyd olunan məbləğlərin uyğunluğuna nəzarət edilməsi; Sənədləşməyə dair uyğunsuzluq yarandığı təqdirdə əməkdaşlıq edilən şirkətlərlə əlaqə yaradılması və mütəmadi məlumat mübadiləsinin təmin edilməsi; Sertifikat analizlərinin qaimədə qeyd olunan seriya nömrələri ilə uyğunluğunun yoxlanılması; Qısa idxal bəyannamələrinin tətbiqinin təmin edilməsi; Beynəlxalq Ticarət Sövdələşməsinə uyğun nəqliyyat hesab-fakturalarının hazırlanması üçün tələb olunan sənədlərin əməkdaşlıq edilən şirkətlərə elektron şəkildə göndərilməsi; Əməkdaşlıq edilən beynəlxalq şirkətlər ilə müntəzəm əlaqələrin təmin edilməsi, şifahi və yazılı danışıqların aparılması; İş gedişatı zamanı müvafiq departament və şöbələr üzrə məlumat mübadiləsinin təmin edilməsi; Mal dövriyyəsinin təmin edilməsi üçün gərəkli olan tənzimləyici sənədlərin hazırlanması və prosesin gedişatına nəzarət edilməsi. İş şəraiti: İş qrafiki: I-V günlər, 09:00-18:00; Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur; Əmək haqqı: 1500 - 2000 AZN Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.