Məhsul Kateqoriyası üzrə İstehsalat Meneceri (NesCake)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirniyyat və mayalı məhsul kateqoriyalarının istehsal prosesinə gündəlik nəzarətin həyata keçirilməsi;
Məhsul keyfiyyət standartlarının qorunmasını və davamlı nəzarəti təmin etmək;
Məhsul çeşidliliyinin artırılması və yeni məhsulların hazırlanması prosesində iştirak etmək;
İstehsalat planlamasının düzgün təşkili və icrasına nəzarət etmək;
Vitrin sərgilənməsi və məhsulların təqdimat standartlarına uyğunluğunu təmin etmək;
İstehsal komandası arasında iş bölgüsünü və koordinasiyanı təşkil etmək;
Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
Xammal və hazır məhsul keyfiyyətinə nəzarət etmək;
İstehsalat prosesində operativ problemlərin həllini təmin etmək;
Mövsümi və kampaniya məhsullarının hazırlanması prosesini idarə etmək.
Tələblər
Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
İstehsalat proseslərinin idarə olunması üzrə bilik və təcrübə;
Məhsul keyfiyyəti və qida təhlükəsizliyi standartları haqqında məlumatlı olmaq;
Məhsul çeşidliliyi və yeni məhsul inkişafı üzrə düşüncə bacarığı;
Komanda idarəetmə və təşkilatçılıq bacarığı;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
Gərgin iş mühitində işləmə bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
Vitrin təqdimatı və məhsul sərgilənməsi sahəsində anlayışın olması.
İş şəraiti:
İş günləri: I-VI günlər
İş saatı: 09:00-18:00 (şənbə günü yarım iş qrafiki)
Rəqabət qabiliyyətli əmək haqqı
Nahar şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Neptun Supermarket
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18159
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer