Maşın öyrənmə və Platforma üzrə Mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Müxtəlif Machine Learning alqoritmlərini tətbiq edərək biznes problemlərinə uyğun modellər hazırlamaq;
Klassifikasiya, reqressiya, klasterləşdirmə və digər modelləri seçmək və optimallaşdırmaq;
Modellərin performansını qiymətləndirmək və tuning metodlarından istifadə etmək;
Məlumatların təmizlənməsi, transformasiyası və modelləşdirməyə hazırlanmasını həyata keçirmək;
Missing values, anomal məlumatlar və məlumat keyfiyyəti problemlərini analiz edib aradan qaldırmaq;
Modelləri istehsal mühitinə inteqrasiya etmək və monitorinqini aparmaq;
Sistem performansını izləmək və problemlərə operativ müdaxilə etmək;
Yeni ML texnologiyalarını və metodologiyalarını araşdırmaq və tətbiq etmək;
Kod keyfiyyətinə nəzarət etmək, optimallaşdırma və sənədləşdirmə aparmaq;
Biznes və texniki komandalarla əməkdaşlıq edərək həllər təqdim etmək;
Modellərin API və platforma səviyyəsində yerləşdirilməsi proseslərində iştirak etmək.
Üstünlükdür:
Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
Ali təhsil (kompüter elmləri, məlumat mühəndisliyi və ya əlaqəli sahə);
Python proqramlaşdırma dili üzrə praktiki təcrübə;
Verilənlərin emalı, transformasiyası və pipeline-larla işləmə təcrübəsi;
Maşın öyrənməsi üzrə əsas anlayışlar və model inteqrasiyası bilikləri;
Pandas, NumPy və oxşar kitabxanalarla işləmə bacarığı;
REST API və servis inteqrasiyası üzrə təcrübə;
Docker və Kubernetes üzrə baza və ya orta səviyyəli biliklər;
GitLab CI/CD və ya digər DevOps alətləri ilə işləmə təcrübəsi üstünlükdür;
Böyük verilənlərlə işləmə və performans optimizasiyası üzrə təcrübə;
Analitik düşüncə və problemlərin həlli bacarığı;
Komanda ilə effektiv əməkdaşlıq bacarığı.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17393
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+