Masallı filialı üzrə Universal işçi
Masallı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
“Rabitəbank” ASC Masallı filialı üzrə Universal işçi vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək;
İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək.
Tələblər
Ali təhsil (iqtisadi olması arzuolunandır);
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
Analitik düşünmə qabiliyyəti;
Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Necə Müraciət Etmək Olar
Rabitəbank
Finance
Rabitəbank Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və ölkənin maliyyə sektorunda uzunmüddətli təcrübəyə malik banklardan biri hesab olunur. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. Rabitəbank geniş filial şəbəkəsi və müasir xidmət infrastrukturu ilə müştərilərinə rahat maliyyə həlləri təklif edir. Bank fəaliyyətində innovasiya, təhlükəsizlik və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. Rabitəbank rəqəmsal bankçılıq xidmətlərini inkişaf etdirərək mobil və internet bankçılığı vasitəsilə istifadəçilərə sürətli və rahat əməliyyat imkanları yaradır. Bank eyni zamanda sahibkarlığın dəstəklənməsi və ölkədə maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində aktiv fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17259
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+