Marketinq üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 yanvar 2026
Son Tarix: 13 fevral 2026
Təsvir
Komandamıza strateji düşünən, nəticəyönümlü və liderlik bacarıqlarına malik Marketinq üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Şirkət brendləri üzrə marketinq və kommunikasiya strategiyasının hazırlanması və icrasına nəzarət
Bazarda trendlərin, rəqiblərin və bazar payının analizi, nəticələrin rəhbərliyə təqdim olunması;
PR, reklam, təqdimat işləri, xüsusi layihə və tədbirlərin planlaşdırılması və icrasının idarə edilməsi;
Marketinq kommunikasiyalarının effektivliyinin ölçülməsi, aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni və mövcud məhsul və xidmətlər üzrə marketinq planlarının hazırlanması, icrası və məhsuldarlığının idarə olunması;
Müştəri bazası, məhsul və xidmətlər üzrə analiz proseslərinin təşkili
Rəqəmsal marketinq layihələrinin idarə olunması (web-saytlar, sosial media, PR, axtarış portalları və s.)
Şirkətin çoxdilli veb-sayt məzmununun (AZ / EN / RU) marketinq baxımından uyğunluğuna nəzarət;
Marketinq büdcəsinin planlaşdırılması və effektiv idarə olunması;
Müştəri məmnuniyyətinin artırılmasına yönəlmiş layihələrin təşkili;
Marketinq sahəsində yeni yanaşma və imkanların araşdırılması, təşəbbüslərlə çıxış edilməsi;
Tələblər
Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil;
Minimum 3 il marketinq sahəsində təcrübə;
Rəqəmsal marketinq, sosial media və brend idarəçiliyi üzrə dərin biliklər
Analitik düşünmə və hesabat hazırlama bacarığı;
Büdcə planlama və idarəetmə təcrübəsi;
Azərbaycan dili – mükəmməl, Rus və İngilis dili – üstünlükdür.
Liderlik, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi.
Biz nə təklif edirik?
Nəticəyə fokuslanan performans mühiti – ideyalar real nəticələrə çevrilir
Peşəkar və enerjili komanda – birlikdə öyrənir, birlikdə böyüyürük
Karyera və inkişaf imkanları – təlimlər, yeni layihələr və yüksəliş perspektivi;
Tibbi sığorta – sağlamlığınız bizim üçün dəyərlidir;
Korporativ nömrə – iş prosesində rahat və fasiləsiz ünsiyyət.
CV-lərinizi mövzü hissəsində "Marketinq üzrə mütəxəssis" qeyd edilməklə qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
General Supply
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4722
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə