Ana Səhifə
Vakansiyalar

Marketinq üzrə mütəxəssis

Marketinq üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 9 yanvar 2026

Son Tarix: 9 fevral 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı

  • İş rejimi: Tam ştat (5 günlük iş qrafiki)

  • Əmək haqqı: Müsahibə əsasında

Vəzifə öhdəlikləri

  • Sosial media, reklam kampaniyaları, təqdimatlar, e-mail və veb-sayt üçün brend tonuna uyğun yaradıcı məzmun və konseptlər hazırlamaq;

  • Rəqəmsal kanallar üçün “storytelling” əsaslı kampaniya ideyaları və konseptlər irəli sürmək;

  • Brendin illik və rüblük kommunikasiya xəttinə uyğun paylaşım təqviminin hazırlanmasında iştirak etmək.

  • Kreativ, media və PR agentlikləri ilə kampaniya ideyalarının hazırlanması, “brief”lərin ötürülməsi və icra keyfiyyətinə nəzarət proseslərini koordinasiya etmək;

  • Agentlik tərəfindən təqdim edilən ssenarilər, sloqanlar, sosial media postları, video konseptlər və reklam mətnlərini nəzərdən keçirmək, brend tonuna və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;

  • Hər kampaniya üçün məzmun istiqamətində fikir və istiqamət təklifləri vermək.

  • Veb-sayt, bloq və məhsul səhifələri üçün SEO-optimallaşdırılmış məzmunlar yazmaq və yeniləmək;

  • “Keyword” araşdırması aparmaq və nəticələr əsasında məzmun strategiyası formalaşdırmaq;

  • Mövcud məzmunların oxunurluq, geri dönüşüm, CTR və s. Kimi göstəricilərini izləmək və təkmilləşdirmək.

  • Rəqəmsal marketinq trendləri, məzmun formatları, SEO və AI dəstəkli yazı alətlərini izləmək və tətbiq etmək;

  • Rəqiblərin məzmun strategiyalarını analiz etmək və fərqli yanaşmaları təklif etmək;

  • Aylıq və rüblük məzmun nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil: Marketinq, kommunikasiya, filologiya sahələrində ;

  • Yaş həddi: 23-40 yaş

  • Tələb olunan iş təcrübəsi: Marketinq və kommunikasiya sahəsində minimum 3 il;

  • Dil bacarıqları: Azərbaycan dili (ana dili), ingilis dili (üstünlükdür)

  • Rəqəmsal marketinq alətləri və reklam platformaları ilə işləmə bacarığı

  • Kreativlik və təşəbbüskarlıq

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı

  • Karyera və peşəkar inkişaf imkanları

  • Təlim və sertifikasiya dəstəyi

  • Stabil və peşəkar iş mühiti

Uyğun namizədlər CV-lərinizi qeyd olunan elektron poçt ünvanına (“Marketinq üzrəmütəxəssis”) mövzusu ilə göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4424

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Direktor köməkçisi

Tam Ştat

İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam ştat Əmək haqqı: Müsahibə əsasında Vəzifə öhdəlikləri: Direktorun gündəlik iş qrafikinin təşkili və idarə olunması Görüşlərin, iclasların planlaşdırılması və koordinasiyası Rəsmi yazışmaların (e-mail, məktub, sənədlər) hazırlanması və izlənməsi Daxil olan zənglərin və müraciətlərin cavablandırılması Hesabatların, təqdimatların və lazımi sənədlərin hazırlanmasına dəstək Direktorun tapşırıqlarının vaxtında və düzgün icrasına nəzarət Məlumatların məxfiliyinin qorunması Müqavilə, əmr və daxili sənədlərin hazırlanmasında inzibati dəstək Şirkətdaxili iclas və tədbirlərin təşkilində iştirak İş proseslərində yaranan problemlər barədə direktorun vaxtında məlumatlandırılması Şirkət üzrə bütün koordinasiya proseslərinin idarə olunması və nəzarəti Ofis sənədlərinin, yazışmaların və arxiv işlərinin idarə olunması Vəzifə üzrə tələblər: Ali təhsil Müvafiq sahədə minimum 1 il iş təcrübəsi Azərbaycan dili – səlis, rus və ya ingilis dili biliyi üstünlükdür MS Office proqramlarında (Word, Excel, PowerPoint) yaxşı işləmə bacarığı Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti Biz nə təklif edirik: Rəsmi əmək müqaviləsi Stabil və dinamik iş mühiti Karyera və şəxsi inkişaf imkanları Uyğun namizədlər CV-lərinizi qeyd olunan elektron poçt ünvanına “Direktor köməkçisi” mövzusu ilə göndərməyiniz xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq