Marketinq üzrə böyük mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 18 yanvar 2026
Təsvir
PASHA Malls üçün reklam gəlirləri üzrə tərəfdaşlarla münasibətlərin idarə olunmasını və koordinasiyasını həyata keçirmək;
Tender proseslərinin və müqavilələrin hazırlanmasının koordinasiyasını təmin etmək;
Reklamların dəyişdirilməsi ilə bağlı icazə proseslərinin vaxtında tamamlanmasına nəzarət etmək;
Hesab-faktura (invoice) proseslərinin mütəmadi monitorinqini və nəzarətini həyata keçirmək, müvafiq hesabatlar hazırlamaq;
PASHA Malls-ın LinkedIn səhifəsinin idarə olunması üzrə strateji planlar hazırlamaq və icrasını təmin etmək;
İzləyici aktivliyini (engagement) artırmaq və məzmunu şirkətin brend hədəflərinə uyğunlaşdırmaq;
Qlobal marketinq trendlərini və gündəmlərini izləmək, mütəmadi hesabatlar təqdim etmək;
PASHA Malls brendlərinin təşviqi üçün innovativ marketinq kanalları və tədbirlər təklif etmək;
Marketinq təşəbbüslərində süni intellektin (AI) tətbiqi imkanlarını araşdırmaq;
Marketinq layihələrində AI əsaslı alət və texnologiyaların inteqrasiyasına rəhbərlik etmək;
Ticarət mərkəzlərinə (mall) uyğun mobil tətbiqlər üzrə qlobal trendləri və ən yaxşı təcrübələri araşdırmaq;
Şirkət tərəfindən mobil tətbiqin tətbiqi ilə bağlı qərar verildiyi halda, inkişaf prosesinə nəzarət etmək;
Tədbirlər üçün video hazırlanması daxil olmaqla, təyin edilmiş layihə əsaslı işlərin idarə olunmasını təmin etmək;
Təyin edilmiş marketinq mövzuları üzrə detallı hesabatlar və təhlillər hazırlamaq;
HR tərəfindən təşəbbüs edilən marketinq layihələrinə dəstək göstərmək;
PASHA Malls brendinin gücləndirilməsi məqsədilə strategiyalar hazırlamaq və müvafiq fəaliyyətləri icra etmək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr dərəcəsi (Marketinq, Kommunikasiya, Tədbirlərin İdarə Edilməsi və s.);
Oxşar vəzifədə minimum 5 il iş təcrübəsi; üstünlük oxşar sahələrdə (ticarət mərkəzləri, hotellər və s.) təcrübəsi olan namizədlərə verilir;
Dizayn proqramları üzrə orta səviyyədə biliklərin olması üstünlükdür;
Sosial media idarəçiliyi üzrə güclü bilik və təcrübə;
Lüks pərakəndə brendlərlə əvvəlki iş təcrübəsi üstünlükdür;
Eyni vaxtda bir neçə vaxt məhdudiyyətli layihəni idarə etmək üçün güclü zamanın idarə olunması bacarıqları;
Hesabatların və təqdimatların hazırlanması, marketinq göstəricilərinin təhlili, məlumatların çıxarılması və komanda üzvləri ilə paylaşılması üçün yaxşı kompüter bacarıqları;
Media ilə güclü işgüzar əlaqələrin olması;
Tədbirlərin təşkili və idarə olunması, eləcə də məhsul təqdimatları üzrə təcrübə;
Yaradıcılıq və ən son marketinq trendləri barədə məlumatlılıq;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Azərbaycan, İngilis və Rus dillərində səlis bilik;
Ölkə daxilində ezamiyyətə çıxmaq imkanı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Pasha Malls
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4300
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə