Marketinq Departamentinin Direktoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyə etmək; direktivləri tətbiq etmək;
Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək, təşviqat kampaniyasını istiqamətləndirmək;
İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində, yeni satış bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində Marketinq Departamentinin iştirakını təmin etmək;
Müvafiq departament və şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak;
Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək;
Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək;
Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək;
Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək;
İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək;
İşçilərin planlaşdırılması və təyin olunması ilə Marketinq Departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək;
Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək;
Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək;
Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmalar aparmaq;
Araşdırmaların aparılması üçün iş planları və proqramları hazırlamaq;
Rəhbərliyin tapşırıqlarının yerinə yetirmək.
Tələblər
Təhsil: Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
Yaş həddi: 28-45;
İş təcrübəsi: Marketinq sahəsində minimum 5 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
Kompüter biliyi: Microsoft Office;
Dillər: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili arzulolunandır.
✅ * İş şəraiti
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və Bazar günü.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Mətanət A Şirkətlər Qrupu
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4478
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə